Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru dosent Rafiq Rasulov filialın “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasında təhsil alan və 2023-2024-cü tədris ili üzrə magistraturaya qəbul üçün keçirilən imtahanda 96 bal toplayaraq yüksək nəticə göstərən Elcan Səlimli ilə görüşüb. Görüşdə filialın direktor müavinləri, fakültə dekanları, dekan müavinləri, kafedra və şöbə müdirləri, Tələbə Gənclər Təşkilatının fəalları iştirak ediblər.
Direktor dos.Rafiq Rasulov Elcan Səlimlini qazandığı uğur münasibətilə təbrik edib, gələcək təhsil həyatında uğurlar arzulayıb və qeyd edib ki, son illərdə ADPU-da həyata keçirilən islahatlar artıq öz bəhrəsini verir. Hər il bakalavr və magistratura üzrə müvafiq ixtisaslara qəbul zamanı keçid ballarında müşahidə edilən dinamik artım bunu bir daha təsdiqləyir. Dos.Rafiq Rasulov cari tədris ilində də filialın 30-a yaxın tələbəsinin magistratura üçün keçirilən qəbul imtahanlarında iştirak etdiyini və əksəriyyətinin nəticəsinin ürəkaçan olduğunu bildirib və Elcan Səlimlinin filial tarixində ən yüksək nəticə əldə etməklə ölkənin regionları üzrə birinci olduğunu vurğulayıb. Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Filologiya fakültəsinin dekanı dosent Ulduz Mürşüdova, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri baş müəllim Əsmayə Əkbərova, İKT şöbəsinin müdiri baş müəllim Gülnara Abdurahmanova, Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva, Tələbə Gənclər Təşkilatının sədri Aysun Kərimli çıxış edərək Elcan Səlimlini təbrik ediblər. Çıxışlarda Elcan Səlimlinin təhsil illərində göstərdiyi nailiyyətlərdən bəhs edilib və ölkə üzrə magistraturaya qəbul imtahanlarında göstərdiyi yüksək nəticə həm də ADPU-nun Şəki filialının uğuru kimi dəyərləndirilib.
Elcan Səlimli çıxış edərək təhsil illərində yaradılan şəraitə görə ADPU-nun rektoru professor Cəfər Cəfərova, filialın direktoru dosent Rafiq Rasulova və bütün müəllim kollektivinə minnətdarlığını bildirib, ona göstərilən etimadı həmişə doğruldacağına, bundan sonra da səylə çalışacağını söz verib.
Sonra Elcan Səlimliyə mükafat və hədiyyə təqdim olunub.
Görüşün sonunda xatirə şəkilləri çəkilib.





001002003
fondeduadpubir

VKkj