Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımında və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilmiş Xocalı faciəsi və onun ağır nəticələri haqqında məlumat verib, bu soyqırım aktının dünya ictimaiyyətinə tanıdılması istiqamətində dövlətimizin ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən bəhs edib, bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya Ədalət” kompaniyasının rolu və əhəmiyyətindən danışıb.
Tədbirdə filialın Humanitar fənlər kafedrasının əməkdaşları: baş müəllim Tahir Məhərrəmov “Xocalı soyqırımı XX əsrin böyük faciəsi, erməni fitnəkarlığının təzahürü kimi”, baş müəllim Həbibulla Manaflı “İnsanlıq əleyhinə böyük cinayət”, müəllim Samir Cəfərov “Xocalı faciəsi dünya mətbuatının gözü ilə”, Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Güləbatın Həsənova “Xocalı soyqırımı: unutmadıq, unutmarıq! Faciəyə aparan yol” mövzusunda çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımı - erməni millətçilərinin əliyalın, dinc, mülki Azərbaycan əhalisinə qarşı xüsusi amansızlıqla törətdiyi vəhşilik, qətiyyətlə pislənib və bu hadisə insanlıq tarixi üçün utancverici faciə adlandırılıb. Çıxış edən natiqlər qeyd ediblər ki, erməni quldurlarının öz havadarlarının dəstəyi ilə işğal altında saxladıqları torpaqlarımız Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və “dəmir yumruğu” ilə, Milli Ordumuz tərəfindən 44 günlük “Vətən müharibəsi” adlanan genişmiqyaslı hərbi əməliyyatlar vasitəsilə azad edilib, tarixi ədalət hərbi yolla bərpa olunub, Azərbaycan öz tarixi torpaqları üzərində suverenliyini və ərazi bütövlüyünü təmin edib. Qeyd olunub ki, illər keçdikcə, xalqımız Xocalı faciəsi qurbanlarının əziz xatirəsini daim uca tutur və onları heç vaxt unutmur.
Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı videoçarx təqdim olunub.





001002003
fondeduadpubir

VKkj