Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəki Rayon Mətkəzi Xəstəxanasının baş həkimi Arzu İlyaslı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki filialının rəhbəri Laçın İbrahimxəlilov, ADPU-nun Şəki filialının rəhbərliyi, professor-müəllim və işçi heyəti, tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva açaraq bildirib ki, tədbirin keçirilməsində məqsəd icbari tibbi sığorta sistemi və onun üstünlükləri, xidmətlər barədə iştirakçıları məlumatlandırmaqdır. Dos. Gülarə Abdullayeva qeyd edib ki, son illərdə ölkəmizdə həyata keçirilən uğurlu islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, səhiyyə sisteminin də inkişafına da müsbət təsirini göstərməkdədir.
Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu İlyaslı çıxış edərək, icbari tibbi sığortanın məqsədinin səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etmək və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaqdan ibarət olduğunu vurğulayıb. Arzu İlyaslı son illər icbari tibbi sığortanın tətbiqi ilə bağlı ölkədə, eləcə də Şəkidə həyata keçirilən tədbirlər, görülən işlər barədə iştirakçılara məlumat verib, problemlər və onların həlli yolları haqqında danışıb.
Sonra Laçın İbrahimxəlilov icbari tibbi sığorta sistemi, onun mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə geniş təqdimat edib. L.İbrahimxəlilov bildirib ki, yaşından, ictimai fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığortadan istifadə edə bilər və sığortaolunanlar sığorta hadisəsi baş verdikdə xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər.
Tədbirdə iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj