Aprelin 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ekoloji problemlərin həllində beynəlxalq təşkilatların rolu” adlı elmi-praktik konfrans keçirilib. Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi konfransı giriş sözü ilə elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev açaraq, filialda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini və bu konfransın da həmin tədbirlərin davamı olduğunu bildirib. Sonra TEC-in sədri baş müəllim Səadət Feyzullayeva ulu öndər, müdrik siyasətçi Heydər Əliyevin çoxşaxəli fəaliyyəti haqqında əhatəli məlumat verib, onun Azərbaycan dövlətini təmsil etdiyi beynəlxalq konfranslardan bəhs edib və bu sahədə müdrik siyasətçinin müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Səadət Feyzullayeva qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev beynəlxalq konfranslarda Azərbaycan dövlətinin milli maraqlarını yüksək səviyyədə ortaya qoyub və müdafiə edib.
Konfransda filialın “Tarix və coğrafiya müəllimliyi” ixtisasının tələbələri tərəfindən ekoloji problemlərin həllində əsaslı rol oynayan müxtəlif beynəlxalq təşkilatlar haqqında çıxışlar təqdim olunub. Həmin ixtisasın IV tədris ilinin tələbələri: Səmayə Abuzərova “GREENPEACE - Yaşıl Sülh təşkilatı”, Zemfira İbrahimova “YUNEP - BMT-nin Ətraf Mühit Üzrə Proqramı”, Gülavatın Həsənova “IUCN - Ümumdünya Təbiət və Təbii Ehtiyatların Mühafizə Təşkilatı”, Nigar Səmədova “ÜST - Ümumdünya Səhiyyə Təşkilatı”, Nəzrin Alxazova “BMT-nin Rio De Janeyro Ətraf Mühit və Inkişaf Konsepsiyası”, Nadilə Rəşidova “FAO - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”, Şəhanə Mirzəliyeva “YUNESKO-nun Biosfer Qoruqları”, Firuzə Musayeva “WWF - Ümumdünya Təbiət Fondu (ÜTF)”, Abbas Süleymanov “Monreal protokolu”, Elmira Səfərəliyeva “Beynəlxalq Yaşıl Xaç Komitəsi” mövzularında təqdimat ediblər.
Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasını təmsil etdiyi beynəlxalq konfranslarda iştirakına dair videoçarx nümayiş olunub.
Konfransın sonunda filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri prof. Firədun İbrahimov, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev, Pedaqoji fakültənin dekanı fil.ü.f.d. baş müəllim Xalidə Abdullayeva çıxış edərək, konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb, maraqlı mövzular təqdim edən tələbələrə və konfransın təşkilatçısı baş müəllim Səadət Feyzullayevaya təşəkkür ediblər.





001002003
fondeduadpubir

VKkj