Apreldin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş növbəti tədbirlərdən biri - “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” adlı elmi konfrans keçirilib.
Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva Azərbaycanın dövlətçilik tarixinin ən yeni mərhələsində xüsusi yer tutan, müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyein Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında milli intibahın əsasını qoymasından tarixi xilaskarlıq missiyasından, onun əziz xatirəsinin xalqımızın yaddaşına əbədi həkk olunduğundan, xalqımızın bu böyük dövlət xadimini daim minnətdarlıqla xatırladığından bəhs edib.
Tədbir iştirakçıları ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov “Heydər Əliyev - demokratik və hüquqi Azərbaycan dövlətinin qurucusu”, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ulduz Əbdürrəhimova “Dövlətin inkişafının təmin olunmasında İKT vasitələri və elektron hökumətin rolu”, Dillər kafedrasının baş müəllimi Türkan Məcidova “Heydər Əliyevin dövlətçilik konsepsiyası Azərbaycanda davamlı inkişafın təməli kimi” və Ümumelmi fənlər kafedrasının müəllimi Nərgiz Heydərova “Azərbaycan - Ermənistan və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Heydər Əliyevin fəaliyyəti” mövzularında çıxış ediblər.
Konfransın sonunda müasir Azərbaycanın davamlı inkişafının təmin olunmasının etibarlı təməlinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Konfrans dosent Gülarə Abdullayevanın yekun sözü ilə başa çatıb.





001002003
fondeduadpubir

VKkj