Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanova və GPB-nin üzvləri iştirak ediblər. “Manifest və çəkim qanunu” mövzusuna həsr olunmuş seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Fatimə Mustafazadənin təqdimatında çəkim qanunu haqqında, insanın zehnindən keçən müsbət və mənfi düşüncələrin onun həyatına təsiri, eləcə də arzuların, məqsədlərin reallaşdırılması üçün manifestlər haqqında geniş məlumat verib. Seminar iştirakçıları mövzu ilə bağlı öz həyat təcrübələrini bölüşüblər. Mövzu maraqlı fikir mübadiləsinə səbəb olub. Sonda GPB rəhbəri Kəmalə Ramazanova elmi faktlara əsaslanan araşdırmaların əks olunduğu seminar təşkil etdiyinə görə seminar təlimçisinə öz minnətdarlığını bildirib.





001002003
fondeduadpubir

VKkj