SƏMRA RƏSULOVA-SÜLEYMANOVA
Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri
QISA BİOQRAFİK MƏLUMAT
17 fevral 1992-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1998-2009-cu illərdə Şəki şəhəri Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə təhsil almış, 2009-cu ildə BDU-nun “Riyaziyyat” ixtisasına qəbul olunmuşdur. 2013-cü ildə İstanbul universitetinin Magistraturasına “İdarəetmə” ixtisası üzrə qəbul olunmuş, 2015-ci ildə magistratura təhsilini uğurla başa vurmuşdur. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasında “Fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur.
ƏMƏK FƏALİYYƏTİ
2016-cı ildən ADPU-nun Şəki filialında əmək fəaliyyətinə başlamış, filialda Tələbə və tədrisin idarə olunması şöbəsinin baş inspektoru, Tələbə şöbəsinin müdiri, vəzifələrində çalışmışdır. 2021-ci ildən Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiridir.
TƏDRİS ETDİYİ FƏNLƏR
İqtisadiiyat, Biznesin idarə olunması və sahibkarlığa giriş, Sosial statistika
TƏLƏBƏLƏRİN QEYDİYYATI VƏ DÖVLƏT NÜMUNƏLİ SƏNƏDLƏRLƏ İŞ ŞÖBƏSİ
Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsi 10 noyabr 2021-ci il tarixdə yeni struktura uyğun olaraq filial direktorunun 02/179 saylı əmri ilə yaradılmışdır. Fəaliyyətinin əsas istiqamətləri:
- Təhsil Nazirliyi, baş üniversitetdən və digər strukturlardan şöbəyə daxil olan əmr və göstərişləri icra edir.
- DİM xətti ilə sənəd qəbulunun təşkili və aparılmasını, bakalavriat pilləsinə qəbul olan tələbələrin şəxsi işlərinin yığılması, qeydiyyata alınması, əmrləşdirilməsi və saxlanılması təmin edir.
- Respublika Dövlət Statistika komitəsinə və Təhsil Nazirliyinə qəbul haqqında rəsmi statistik hesabatların verilməsi;
- Tələbələrin hərəkət kontingentinin hazırlanması;
- Filiala köçürülən tələbələrin şəxsi işlərində tələb olunan sənədlərin mövcudluğunu, akademik möhlət götürmüş tələbələrin əmrlərinin verilməsi və möhlət başa çatdıqdan sonra dərsə başlamalarının sənədləşdirilməsini;
- Filialdan xaric olunan və yaxud başqa ali təhsil müəssisələrinə köçürülən tələbələrin sənədləşdirmə işlərinin hazırlanması, eyni zamanda filiala bərpa olunanların sənədlərinin qəbulu, qeydiyyata alınması və əmrlərinin verilməsi təmin edir.
- Tələbələrin şəxsi və akademik məlumatlarının, qruplar üzrə bölgüsünün, tədris planlarının ATİS sisteminə işlənməsinə nəzarət edir.
-TTK sisteminin işlənməsi;
-İmtiyazlı tələbələrin sənədlərinin toplanması
-YDA protokollarının hazırlanmasına nəzarəti həyata keçirir.
-Akademik transkriplərin hazırlanmasına nəzarəti həyata keçirir.
Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlər şöbəsinin hazırda 3 mütəxəssis, 2 operator olmaqla cəmi 5 işçisi var.
Müdir: Rəsulova (Süleymanova) Səmra Rafiq qızı
Mütəxəssis: Mikayılova Sevinc Nüsrət qızı
Mütəxəssis: Abdullayeva Fəriba İlham qızı
Mütəxəssis: Məmədova Rəvanə Həsən qızı
Mütəxəssis: Yusibova Rəhimə İlham qızı
Operator: Mikayılova Elnarə Eldar qızı
- Details
- Dərc edilib: 28 Yanvar 2021
- Oxunma sayı: 5902
ADPU-nun Şəki filialında 2025-2026-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə 10 ixtisasda qəbul aparılmışdır. Həmin ixtisaslar üzrə 2025/2026-ci tədris ilində qəbul zamanı keçid balları aşağıdakı kimi olmuşdur:
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə - 541,2 – 402,5
“Xarici dil müəllimliyi(ingilis dili üzrə)” ixtisası üzrə - 623,4 – 417,6
“Riyaziyyat və İnformatika (rəqəmsal bacarıqlar)müəllimliyi” ixtisası üzrə - 479,5 – 224,8
“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 501,3 – 298,1
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 475,3 – 379,6
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 497,7 – 331
“Məktəbəqədər təhsil” ixtisası üzrə - 464,9 – 322,7
“Sosial iş” ixtisası üzrə - 475,7 – 346,3
"Tarix müəllimliyi" ixtisası üzrə - 513,6 – 391
“İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisası üzrə - 411,1
Hazırda filialda 1022 nəfər tələbə təhsil alır. Onlardan 723 nəfəri Pedaqoji fakültənin, 299 nəfəri isə Filologiya fakültəsinin tələbələridir. 2025-2026 -ci tədris ilində filiala 10 ixtisas üzrə 203 nəfər tələbə qəbul olunmuşdur.
İXTİSASLAR ÜZRƏ TƏHSİL HAQLARI:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi: 2100 manat (2025-2026)
2. Xarici dil müəllimliyi (ingilis dili üzrə): 2100 manat (2025-2026)
3. İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi: 2100 manat (2025-2026)
4. Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi”: 2100 manat (2025-2026)
5. Tarix və coğrafiya müəllimliyi: 2100 manat (2025-2026)
6. İbtidai sinif müəllimliyi: 2100 manat (2025-2026)
7. Təhsildə sosial psixoloji xidmət: 2100 manat (2025-2026)
8. Məktəbəqədər təhsil: 2100 manat (2025-2026)
9. Sosial iş: 2100 manat (2025-2026)
10. Tarix müəllimliyi: 2100 manat (2025-2026)
- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 41384
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı social- mədəni həyatın inkişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Respublikamızın Şimal-Qərb bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Şəkidə fəaliyyət göstərən bu ali məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 1991-ci il tarixli 327 N-li qərarı ilə Bakı Dövlət Universitetinin Şəki filialı adı ilə fəaliyyətə başlamışdır. 14 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə BDU-nun və Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filiallarının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2003-cü ildə isə “Azərbaycan dili və ədəbiyyatı”, “Xarici dil (İngilis dili)”, “Tarix və coğrafiya” və “Riyaziyyat və fizika” ixtisasları olmaqla əlavə 4 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2009-cu ildə “Riyaziyyat və informatika”, 2011-ci ildə “Təhsildə sosial-psixoloji xidmət”, 2012-ci ildə “Xarici dil (Fransız dili) müəllimliyi və 2013-cü ildə yenidən bərpa edilmiş “Məktəbəqədər təlim və tərbiyə” və 2021-ci ildə yeni qəbul aparılmış "Sosial iş" və 2022-ci ildə yeni açılmış "Tarix müəllimliyi" ixtisasları hesabına say 10-a çatdırılmışdır.
Fəaliyyətdə olduğu 15 il ərzində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.
Ölkə başçısının 26 noyabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun bir sıra bölgə filialları o cümlədən AMİ-nin Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilmişdir.2022-ci ilin martında filialın 30 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, bir çox əməkdaşlar fəxri adlar və diplomlarla təltif edilmişlər.
Filial 3,2 ha ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.
Filialda aşağıdakı struktur bölmələr mövcuddur:
1.Direktorluq;
2.Tədrisin idarə olunması şöbəsi;
3.Keyfiyyətin təminatı şöbəsi;
4.Karyera mərkəzi;
5.Tələbərin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsi;
6.İnsan resursları və ümumi şöbə;
7.Mühasibatlıq;
8.Kitabxana;
9.İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi;
10.Xidmət şöbəsi;
11.Pedaqoji fakültə;
12.Humanitar fakültəsi;
13.Humanitar fənlər kafedrası;
14.Təbiət fənləri və onların tədrisi texnologiyaları kafedrası;
15.Ümumelmi fənlər kafedrası;
16.Dillər kafedrası və onların tədrisi texnologiyası kafedrası;
2024-cü ilin mart ayından bu ali məktəbə tarix üzrə fəlsəfə doktoru, dosent, Vurğun Rəhim oğlu Məmmədov rəhbərlik edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında bir ali təhsil müəssisəsi kimi ötən 35 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 5,5 mindən artıq ilkin kadr hazırlığı həyata keçirilmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırılmışdır.
Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 96 nəfər çalışır ki, onlardan da 4 nəfəri elmlər doktoru (o cümlədən 1 nəfəri professor, 3 nəfər dosent), 17 nəfəri fəlsəfə doktoru, (o cümlədən 6 nəfəri dosent), 45 nəfər baş müəllim, 22 nəfər magistr, 19 nəfəri doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından, 1 nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışdır. Filial əməkdaşlarından 60 nəfərə yaxını respublikada, həmçinin ABŞ,Fransa və Portuqaliya respublikalarında müxtəlif təlim kurslarından keçərək sertifikatlar almışdır.
ADPU-nun Şəki filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. 2025-ci ildə filial əməkdaşları tərəfindən 118 elmi iş, o cümlədən 1 monoqrafiya, 1 fənn proqramı, 21 məqalə respublikada, 41 məqalə xaricdə, 39 beynəlxalq konfrans materialları (xaricdə), 36 beynəlxalq konfrans materialları (respublikada), 3 respublika elmi konfrans, 2 tezis hazırlanıb çap etdirilmişdir. Filialın professor-müəllim heyəti, əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda müntəzəm iştirak edirlər.
Filialın respublikanın bir sıra ali məktəbləri ilə yanaşı,ABŞ, Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna,Qazaxıstan,Özbəkistanvə s. kimi ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri vardır.
Filialda 10 ixtisas üzrə bakalavriat pilləsində kadr hazırlığı həyata keçirilir. Həmin ixtisaslar üzrə 2025/2026-cü tədris ilində qəbul zamanı keçid balları aşağıdakı kimi olmuşdur.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə - 541,2 - 402,5
“Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisası üzrə - 479,5 - 224,8
“Xarici dil (ingilis dili) müəllimliyi” ixtisası üzrə - 623,4 – 417,6
“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 501,3 – 298,1
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 475,3 - 379,6
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 497,7 - 331
“Məktəbəqədər təhsil” ixtisası üzrə - 464,9 - 322,7
“Sosial iş” ixtisası üzrə - 475,7 – 346,3
"Tarix müəllimliyi" ixtisası üzrə - 513,6 - 391
“İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisası üzrə - 411,1
27 sentyabr – 10 noyabr 2020 – ci il tarixlərdə Vətən Müharibəsində 22 məzun və 2 tələbə iştirak etmiş, onlardan 4 nəfəri göstərdikləri şücaətə görə müxtəlif medallarla təltif olunmuşlar
Hazırda filialda 1022 nəfər tələbədən 723 nəfər pedaqoji, 299 nəfəri isə Humanitar fakültədə təhsil alır. Onlardan 10 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2025-2026 -cı tədris ilində filiala 10 ixtisas üzrə 203 nəfər tələbə qəbul olunmuşdur.
Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr keçirilir. Filialda 19 nəfər tərkibdən ibarət Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.
TƏHSİLƏ DAİR NORMATİV SƏNƏDLƏR
1. Azərbaycan Respublikasinin Konstitusiyası
2. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu
3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları
4. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası
6. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi
8. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nizamnaməsi
9. Ali təhsil pilləsinin dövlət standartı və proqramı
10. Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları
13. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif‐İxtisas Sorğu Kitabçası
17. Ali məktəbin bakalavr pilləsində buraxılış işlərinin hazırlanması qaydaları
20. Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası
22. Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə
23. Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə
24. Müəllimlərin Etik Davraniş Qaydaları
27. Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası
BEYNƏLXALQ QAYDALAR
1. Standards and Guidelines for Quality Assurance in the European Higher Education Area
3. Erasmus+ International Credit Mobility Handbook for Higher Education Institutions
- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 14457
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALININ ELMİ ŞURASI
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Elmi Şurası filialda Elmi Şuranın Əsasnaməsinə uyğun olaraq tədrisin, elmi tədqiqatların səmərə və keyfiyyətinin artırılması, şəhərin ictimai və mədəni həyatında filial əməkdaşlarının rolunun yüksəldilməsi, məqsədlərinə xidmət edir.AMİ-nin Şəki filialı ölkə prezidenti cənab İlham Əliyevin 27 noyabr 2015-ci il tarixli Sərəncamı ilə ADPU-ya qoşulmuşdur və onun tərkibində fəaliyyət göstərir.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, dos. V.R.Məmmədov hər yeni dərs ilinin əvvəlində Elmi Şuranın tərtib edilmiş illik iş planının geniş müzakirəsini keçirir, iş planı təsdiq olunduqdan sonra ayda bir dəfədən gec olmayaraq Elmi Şura iclaslarının iş planına müvafiq keçirilməsinə nəzarət və rəhbərlik edir. Elmi Şuraya çıxarılan məsələlər hazırlıqlı şəkildə, arayiş və qərar layihəsilə birgə təqdim olunur. Müzakirələrdə demokratiklik, aşkarlıq və obyektivlik əsas meyarlar kimi daim gözlənilir. Filialın yeni Əsasnaməsi Adpu-nun rektorunun 18 oyul 2025-ci il tarixli əmri ilə təsdiq edilmişdir.
Filialının Elmi Şurası:
Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:
•ADPU-nun və onun Şəki filialının strateji inkişaf istiqamətlərinə uyğun olaraq elm və təhsil fəaliyyətinin təşkili və koordinasiya edilməsi.
•dövlətin, cəmiyyətin, elmin və təhsilin müasir inkişaf istiqamətlərinə uyğun olaraq ADPU-nun Şəki filialında təhsil və tədqiqat mühitinin formalaşdırılması.
•ADPU-nun Şəki filialının elmi-pedaqoji potensialının inkişafı və bakalavriat təhsil səviyyəsi üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyətinin təşkil edilməsi.
•ADPU-nun Şəki filialının ölkənin ali təhsil müəssisələri və elmi mərkəzləri ilə əlaqələrinin genişləndirilməsi, beynəlxalq əlaqələrin yaradılması və əməkdaşlığın inkişaf etdirilməsi.
Şuranın vəzifələri aşağıdakılardır:
•ADPU-nun Şəki filialının “Strateji İnkişaf Planı”nı müzakirə etmək və yekun layihəni təsdiq üçün ADPU-nun rektorluğuna təqdim etmək;
•ADPU-nun Şəki filialının elmi fəaliyyət strategiyasının müzakirəsi və təsdiqi;
•ADPU-nun Şəki filialında daxili keyfiyyət yəminatı sistemini yaratmaq və “Monitorinq Strategiyası”nı müzakirə və təsdiq etmək;
•Özünütəhlil Hesabatının təsdiq edilməsi barədə qərar qəbul etmək;
•Akkreditasiya Şurasının qərarından sonra Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına nəzarəti təmin etmək məqsədilə müvafiq fəaliyyət planın təsdiq edilməsi barədə qərar qəbul etmək;
•ADPU-nun Şəki filialının Əsasnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə Şuranın iş planını təsdiq etmək;
•ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə kadr hazırlığının ali təhsilin bakalavriat səviyyəsinin dövlət standartına uyğun təşkili üçün müvafiq qərarlar qəbul etmək;
•ali təhsilin dövlət standartlarına uyğun, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyəlnməsi üçün təhsilin məzmununun təkmilləşdirilməsi və kadr potensialının yüksəldilməsi məqsədilə qəraralar qəbul etmək;
•təhsilalanların təhsilalma tələblərinin ödənilməsi, eləcə də intellektual, mədəni və mənəvi inkişafı məqsədilə tədbirlərin görülməsi barədə qərarlar qəbul etmək;
•ADPU-nun Şəki filialının Əsasnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə tədbirlərin icrasının monitorinqi barədə hesabatları dinləmək;
•ali təhsilin bakalavriat səviyyəsi üzrə yüksək ixtisaslı mütəxəssislərə və ADPU-nun Şəki filialının elmi-pedaqoji kadrlara olan tələbatına uyğun olaraq kadr təminatı ilə bağlı və ya əməkdaşların peşəkar inkişafının təmin edilməsi üçün qərar qəbul etmək;
•ADPU-nun Şəki filialında elmi tədqiqat və elmi-metodiki işlərin təşkili məsələlərinə baxmaq (o cümlədən elmi tədqiqat işlərinin mövzuları və plan üzrə icra müddətini, təsdiq etmək, elmi tədqiqat işləri ilə bağlı hesabatları dinləmək, elmi-metodiki işlərin nəticələrini qiymətləndirmək və s.);
•elm və tədris məsələlərinə dair ADPU-nun Şəki filialının direktorunun hesabatını dinləmək;
•direktor müavinlərinin vəzifə funksiyaları üzrə fəaliyyətlərinə dair hesabatlarını dinləmək və qiymətləndirmək;
•Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun olaraq akademik borcu olan və təkrar fənni dinləmədən imtahanda iştirak etmək istəyən tələbələrin həmin imtahanda iştirakı üçün ödəniş haqqını müəyyən etmək;
•ADPU-nun Şəki filialının struktur bölmələrinin fəaliyyətlərini əlaqələndirmək, koordinasiya etmək və uyğunlaşdırmaq;
•ADPU-nun Şəki filialının struktur bölmələrinin tədris, elmi tədqiqat fəaliyyəti və maddi-texniki təchizatı ilə bağlı qərar qəbul etmək;
•fakültələrin tədris və elmi tədqiqat işləri haqqında hesabatlarını dinləmək və qiymətləndirmək;
•ADPU-nun Şəki filialına müvafiq ixtisaslar üzrə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim edilməsi üçün təkliflər hazırlamaq
•ADPU-nun Şəki filialının struktur bölmələrinin fəaliyyətini və tədris prosesini tənzimləyən sənədləri (struktur bölmələrin və onların idarəetmə orqanlarının əsasnamələri, təcrübə gündəliyinin nəticələrinin əks olunduğu sənədlər və s.) təsdiq etmək;
•yeni Təhsil Proqramlarının (ixtisasların) açılması ilə bağlı ADPU-nun rektorluğu və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırmaq;
•Şuranın iş planının icrası barədə ADPU-nun rektorluğuna ildə iki dəfə müəyyən edilmiş formada hesabatlar təqdim etmək;
•fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müəssisənin beynəlxalq fəaliyyətini və xarici əlaqələrini tənzimləmək;
•qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
•Öz vəzifələrini yerinə yetirmək üçün Şura aşağıdakı hüquqlara malikdir:
•ADPU-nun nizamnaməsinə dəyişiklik edilməsi ilə bağlı müəssisənin tabe olduğu ADPU-ya təkliflər vermək;
•ADPU-nun Şəki filialının fəaliyyət istiqamətlərinə uyğun olaraq komissiyalar (tədris məsələləri, nizam-intizam məsələləri və s. üzrə) yaratmaq;
•ADPU-nun Şəki filialının fakültələrinin, kafedralarının, şöbələrinin və digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili ilə bağlı ADPU-nun rektorluğu qarşısında vəsatət qaldırmaq;
•professor və dosent elmi adlarının verilməsi üçün ADPU-nun rektorluğu qarşısında vəsatət qaldırmaq;
•təhsilverənlərin və təhsilalanların sosial müdafiəsinin gücləndirilmə-sinə yönəldilmiş tədbirlər barədə qərarlar qəbul etmək;
•ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalanların təhsil haqqı miqdarı ilə bağlı məsələləri müzakirə edib ADPU-nun rektorluğuna təkliflərin verilməsi barədə qərar qəbul etmək;
•fakültə elmi şuralarının səlahiyyətlərinə aid olmayan məsələlər üzrə qəbul etdikləri qərarları ləğv etmək;
•ADPU-nun Şəki filialının fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən hüquqları həyata keçirmək;
Elmi Şuranın üzvləri:
1.Məmmədov Vurğun Rəhim oğlu- Filialın direktoru, tarix üzrə fəlsəfə doktoru, dosenti, sədr.
2.Abdullayeva Gülarə Abdurahman qızı – Tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, Dillər və onların tədrisi texnologiyası kafedrasının dosenti, sədr müavini.
3.Çələbiyev Nuralı Zərbalı oğlu – Elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, Ümumelmi fənlər kafedrasının dosenti, katib, üzv.
4.Mürşüdova Ulduz Bəşir qızı –Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, Dillər və onların tədrisi texnologiyası kafedrasının dosenti, üzv.
5.Abdullayeva Xalidə Firuddin qızı –Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, Dillər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, üzv.
6.Məhərrəmov Tahir Məhərrəm oğlu –Həmkarlar Təşkilatının sədri, Humanitar fənlər kafedrasının baş müəllimi, üzv
7.Feyzullayeva Səadət Teyfuq qızı – Tələbə Elmi Cəmiyyətinin sədri, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, üzv.
8.Əliyeva Günel Oktay qızı- Tələbə Həmkarlar Təşkilatının sədri, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, üzv.
9.Abdurahmanlı Xədicə Eldar qızı- Tələbə Gənclər Təşkilatının sədri, Riyaziyyat və informatika müəllimliyi ixtisasının V tədris ili tələbəsi, üzv.
10.R.ü.e.d. Rasulov Rafiq Abduləli oğlu – Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının dosenti;
11.P.ü.e.d. İbrahimov Firədun Nadir oğlu – Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının professoru;
12.P.ü.f.d.Bədiyev Sədrəddin Rəhim oğlu – Ümumelmi fənlər kafedrasının dosenti;
13.S.ü.f.d.Abdulsəlimli İbrahim Məmmədrahim oğlu - Humanitar fənlər kafedrasının baş müəllimi;
14.b/m.Əliyeva Sevinc Akif qızı – Dillər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi;
15.b/m.Nəsrullayeva Nərminə Zülfəli qızı -Dillər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi;
16.b/m.Rəhimova Yeganə Abdulla qızı – Dillər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi;
17.m.Rəsulova-Süleymanova Səmra Rafiq qızı – Humanitar fənlər kafedrasının müəllimi.
18.Yusifova Jalə Roman qızı-“Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi-üzv.
19.Qasımova Xanım Asəf qızı- “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi, üzv.
- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 7954
Filialının Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar Təşkilatı
Müasir cəmiyyətimizin sosial orqanizmində təşkilatlanmanın mühüm rolu vardır. Bu təşkilatlanma insanların dövlətin həyatında və sosial struktur tərkibində fəal mövqe tutmasına gətirib çıxarmışdır. Belə təşkilatılardan biri də həmkarlar təşkilatıdır. Həmkarlar təşkilatıarı cəmiyyətin müxtəlif sahələrinin tərəqqisində aparıcı mövqe tutmaqdadırlar. Ümummilli liderimiz H.Əliyevin Azərbaycana siyasi rəhbərliyi dövründən başlamış bu günümüzün özündə də möhtərəm Prezidentimiz İ.Əliyevin gərgin və məqsədyönlü səyləri nəticəsində bu təşkilatların nüfuzu yüksəlmiş, onların fəaliyyətini tənzimləyən, səlahiyyət və hüquqlarını müəyyən edən normativ-hüquqi baza təkmilləşdirilmişdir.
Filialın Həmkarlar İttifaqı Komitəsi 135 nəfər inzibati və texniki işçi Heyyətini, Tələbə Həmkarlar Təşkilatı isə 803 nəfər professor, müəllim, texniki-işçi və tələbə kollektivini özlərində birləşdirirlər. Dövlər qeydiyyatından keçmiş dairəvi möhürə, künc ştampına malikdir. Komitənin və Tələbə Həmkarlar Təşkilatının fəaliyyəti demokratik prinsiplər əsasında qurulmaqla, fikir plüralizminə, hüquqların bərabərliyinə və hər bir üzvün fikrinə hörmətlə ynaşma prinsipləri əsasında qurulmuşdur. Komitənin sədri-filialın baş müəllimi Tahir Məhərrəm oğlu Məhərrəmov, Tələbə Həmkarlar Təşkilatının sədri isə filialın tələbə şöbəsində mütəxəssis vəzifəsində işləyən İradə Mahir qızı Hacinəbiyevadır. Analıq məzuniyyətində olduğu üçün iradə Hacınəbiyevanı müvəqqəti olaraq filialın ƏTMX kabinetinin metodisti İlhamə Nəsib qızı Şərifova əvəz edir. Həmkarlar Təşkilatının Əsasnaməsini qəbul edən hər bir müəllim, texniki-içşi və tələbə onun üzvü ola bilər. Bu üzvlər təşkilatın rəhbər orqanlarını seçmək, onlara seçilmək, təşkilatın fəaliyyətinə aid olan bütün məsələlərin müzakirəsində sərbəst iştirak etmək, onun müdafiəsindən istifadə və tədbirlərində iştirak etmək, üzvlüyünü dayandırmaq, həmçinin təşkilatdan çıxmaq hüquqlarına malikdirlər. Həmçinin onlar Əsasnamənin müddəalarına əməl etməyə, onun rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə borcludurlar. Bu iki ictimai təşkilat filialda tədris ilinin əvvəlində dərs bölgüsündə yaz və payız imtahan sessiyalarının gedişində yaxından iştirak edir, müəllim texniki işçi və tələbələrinin hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərirlər. Bu təşkilatların rəhbər orqanları komitə, konfrans və idarə heyətidir. Təşkilata operativ nəzarət 9 nəfər üzvü olan idarə heyyəti tərəfindən həyata keçirilir. Filialın bütün qruplarında qrup tələbə həmkarlar təşkilatının sədrləri və fəalları fəaliyyət göstərirlər.
Filialın Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar Təşkilatı kollektivin təşkilatlanması ilə yanaşı onun idarəetmə vərdişlərinə yiyələnməsində böyük və mühüm əhəmiyyət kəsb edirlər.
Hər iki təşkilat filialımızın və Şəkimizin ictimai həyatında fəal iştirak edir.
- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 5730
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Tələbə Gənclər Təşkilatı (bundan sonra TGT) fəaliyyətini Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının Əsasnaməsinə və eyni zamanda ADPU-nun Tələbə Gənclər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətimizin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində filialda təhsil alan tələbə-gənclərin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etmək istiqamətində qurur. Eyni zamanda TGT tələbələrin sosial problemlərinin həlli, maarifləndirmə işinin aparılması, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, tələbə hüquqlarının müdafiəsinin təmin edilməsi, respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında narkomaniyaya, alkoqolizmə, cinayətkarlıq və digər neqativ meyllərə qarşı profilaktika tədbirlərinin həyata keçirilməsi, müsabiqə, seminar, karnoval, festival, toplantı, aksiya, sərgi, dəyirmi masa, elmi konfrans, təlim kursları, kütləvi təbliğat kompaniyaları, müzakirə klubları, xarici dil məşğələləri, görkəmli şəxslərlə görüşlərin təşkili, bayram, anım günlərinin, görkəmli ictimai-siyasi, elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin qeyd edilməsi kimi daha konkret vəzifələr də qarşısına məqsəd qoymuşdur.Struktur:Sədr – Ramin Rəhimov – “İbtidai sinif müəllimliyi” ixtisası Müavin – Sabir Məmmədzadə – “Tarix və coğrafiya müəllimliyi” ixtisasıMüavin –Aişənur İsmayılova – “İbtidai sinif müəllimliyi” ixtisası
Filialda TGT 750-dən artıq tələbə-gənci öz əhatəsində birləşdirir. Onlardan 21 nəfəri İdarəetmə Şurasının, 5 nəfəri isə Nəzarət-Təftiş Komissiyasının üzvüdür. Təşkilatın fəaliyyəti ilə əlaqədar iş planı tərtib edilmiş, çoxsaylı məsələlər müzakirə edilərək sənədləşdirilmişdir. TGT-nin fəaliyyət istiqamətinə uyğun olaraq, şura üzvləri arasında iş bölgüsü aparılmış və departamentlərin, həmçinin klubların tərkibi formalaşdırılmışdır.
Beynəlxalq Əlaqələr Departamenti – beynəlxalq əməkdaşlıqların qurulmasına, xarici universitetlərin tələbə təşkilatları ilə ikitərəfli münasibətlərin yaranmasına, razılaşmaların bağlanması, filial tələbələrinin beynəlxalq tədbirlərdə, konfranslarda iştirak etməsinə yardımçı olur, digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları ilə əməkdaşlığın qurulmasını təmin edir və bu sahənin daha da genişlənməsi üçün tədbirlər həyata keçirir;
Tələbə Problemləri və Tələbə Kartı ilə iş Departamenti – tələbələrin imtahandan əvvəl və sonra, yəni ümumilikdə təhsil aldığı müddət ərzində qarşılaşdığı problemlərlə maraqlanır, onları araşdırıb həllinə çalışır. Tələblərin hüquqlarını təmin etmək, bütün problemləri ilə, o cümlədən psixoloji halları ilə maraqlanıb onları dinləmək və kömək etmək departamentin əsas vəzifəsidir. Azərbaycan Tələbə Kartı ilə İş Mərkəzi filial daxilində tələbə gənclərin “Azərbaycan Tələbə Endirim Kart”larının qeydiyyat məsələləri ilə məşğul olur.
Layihələrlə iş Departamenti – təşkilata müraciət edən tələbələrin müxtəlif sahələrdə həyata keçirmək istədiyi ideyaları, təklifləri dəstəkləmək məqsədilə layihələr tərtib edir, onların reallaşmasını və idarə olunmasını təmin edir;
İnsan Resursları Departamenti – təşkilat üzvlərinin qeydiyyatını aparır, yeni üzvlərin qəbulunu həyata keçirir, tədbirlərdə tələbələrin iştirakını, həyata keçirilən layihələr üzrə məsul şəxslərin və təşkilat komitəsinin işinin əlaqələndirilməsini təmin edir;
İctimaiyyətlə Əlaqələr Departamenti – həyata keçirilən tədbirlər haqqında və ümumilikdə təşkilat barəsində təqdimatları hazırlayır, həmin informasiyanın yayımlanmasını təmin edir;
Elm və Təhsil Departamenti – bu departamentin əsas məqsədi elm və təhsillə bağlı olan proqramların, layihələrin həyata keçirilməsidir. Bununla bağlı olaraq departament müxtəlif intellektual oyunları, debat yarışlarını, elmi konfransları, olimpiadaları, inşa-esse və rəsm müsabiqələrini və s. tədbirləri həyata keçirir. Bu departamentin nəzdində bir sıra klublar da fəaliyyət göstərir:
Debat Klubu – klubun əsas məqsədi tələbələrin natiqlik qabiliyyətlərini və onların ritorik düşüncə bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda debat proqramının tələb və keyfiyyət göstəricilərinə əməl etmək, bu sahədə materialların hazırlanması, çempionat, turnir və təlimlərin təşkil olunması klubun öhdəlikləri sırasındadır;
Art Klub – klubun əsas məqsədi tələblərdə incəsənətə maraq yaratmaq, mövcud olan bacarıqlarının inkişafı üçün optimal şəraiti təşkil etmək, bu sahədə tələbələr arasında layihə, sərgi, tamaşa və ekskursiyaların keçirilməsinə zəmin yaratmaqdır;
İntellektual Oyunlar Klubu – klubun əsas məqsədi tələbələrin intellekt səviyyəsinin güclənməsi üçün vaxtaşırı oyunların, turnirlərin təşkil edilməsindən ibarətdir;
Kitab Klubu – klubun əsas məqsədi tələbələrin kitaba və mütaliəyə olan marağını artırmaq, tanınmış şair və yazarlarımızın yaradıcılıq gecələrinin, ithaf günlərinin keçirilməsinə yardım etməkdən ibarətdir;
Sinema Klub – klubun əsas məqsədi Azərbaycan və dünya filmlərinə olan marağı artırmaq məqsədilə müvafiq kino günləri, film seansları təşkil etməkdir;
İdman klubu – klubun əsas məqsədi gənclərdə idmana həvəsin artırılması, inkişaf etdirilməsi və tələbələr arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil etməkdir;
Vətənpərvərlər Klubu – klubun əsas məqsədi tələbələrimizin vətənpərvərlik ruhunda olması və vətən üçün layiqli şəxsiyyət kimi yetişmələri üçün müvafiq tədbirlər, layihələr təşkil etməkdir. Həmçinin əlamətdar günlər və milli ruhun təbliği yönümündə olan hadisələrin ictimaiyyətə çatdırılmasına zəmin yaratmaq üçün müvafiq tədbirlər görür.
Tələbə Gənclər Təşkilatı dəfələrlə Şəki şəhər Gənclər və İdman idarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Fəxri diplom”lara, “Təşəkkürnamə”lərə, müxtəlif mükafatlara layiq görülmüşdür.
- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 6086
Azərbaycanda ali məktəb tələbələrinin elmi tədqiqat işlərinə cəlb edilməsinin bir-neçə on illik tarixi vardır. Hal- hazırda bu sahədə fəaliyyət 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “TEC haqqında” və “Ali təhsil sistemində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında” nümunəvi Əsasnamə ilə tənzimlənir.
Filialda son illlər tələbələrin elmi tədqiqatçılığa cəlb edilməsi sahəsində sistemli iş aparılır. 2015-ci ildə ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulduqdan sonra Şəki filialının bütün struktur və bölmələri ADPU–nun strukturuna uyğunlaşdırıldığı kimi, ADPU-nun TEC haqqında Əsasnamə tələblərində uyğunlaşdırılmışdır.
Hər il filialda tələbə elmi konfranslarının, fənn olimpiadaları və müsabiqələrin keçirilməsi üçün filial direktorunun əmri ilə təşkilat komitələri, fənlər üzrə bölmələr yaradılır. Konfrans və müsabiqələr başa çatdıqdan sonra bölmə rəhbərlərinin yazılı təqdimatları əsasında qaliblər I, II, III dərəcəli diplomlarla, fərqlənənlər isə fəxri fərmanlarla mükafatlandırılır. Məlum olduğu kimi olimpiadalar təlimin əlavə təşkili formalarından biridir. Gənclərin ixtisasları üzrə dərin biliyə yiyələnməsində olimpidaların xüsusi əhəmiyyəti vardır.
Filialın TEC-nin illik planına uyğun olaraq 2018-2019-cu tədris ilinin noyabr ayının 5-dən 25-ə dək ayrı-ayrı ixtisaslar üzrə fənn olimpiadaları ədəbi-bədii yaradıcılıq müsabiqələri keçirilmişdir. Olimpiadaların keçirilməsi üç mərhələdə təşkil edilir:
hazırlıq mərhələsi, olimpiadaların təşkili və yekun mərhələ.
Fənn olimpiadalrının keçirilməsi məqsədilə filial direktorunun 01 noyabr 2018-ci il tarixli əmri ilə 10 nəfərdən ibarət Təşkilat komitəsi yaradılmışdır. Olimpiadalarda ümumilikdə 222 nəfər tələbə iştirak etmişdir. Tələbələrə riyaziyyat fənni üzrə 60, digər fənlər üzrə 30 sual və test tapşırıqları təqdim edilmişdir. Riyaziyyat fənni üzrə 27 nəfər, coğrafiya fənni üzrə(T\C müəllimliyi) 15 nəfər, tarix fənni üzrə 16, psixologiya üzrə 29, Azərbaycan dili üzrə 47 nəfər, ingilis və fransız dili müəllimliyi üzrə 31 nəfər, pedaqogika və Azərbaycan dili fənni üzrə “İbtidai sinif müəllimlyi” ixtisasından 20 nəfər tələbə olimpiadaya qoşulmuşdur. Olimpiadaların yekun mərhələsində təşkilat komitəsi tərəfindən yerlər müəyyən edilmiş, təqdimatlar aparılmışdır. Hər tədris ilinin aprel və ya may ayında filialda yekun tələbə elmi konfransı keçirilir, tələbələrin il ərzində kafedralar xətti ilə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin nəticələri qiymətləndirilir.
Bundan başqa noyabr ayında filialda müxtəlif başlıqlar altında ədəbi bədii yardıcılıq müsabiqələri keçirilmiş,tələbələr tərəfindən 57 iş təqdim olunmuşdur. Bunların 22-i rəsm, 18-i əl işi, 8-i şeir və hekayədir. Filialda həvəsləndirmə məqsədilə il ərzində nizam intizamı və fəaliyyəti ilə seçilən tələbələr müxtəlif naminasiyalarda diplomlar verilmişdir:
“İlin ən yaxşı qrup nümayəndəsi” “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi “ ixtisasının IV kursunun qrup nümayəndəsi Əhmədova Solmaz Həsən qızı;
“İlin ən yaxşı tələbəsi” “Riyziyyat və informatika müəllimliyi” ixtisasının V kurs tələbəsi Abbaslı Nadir Nazim oğlu;
TGT-nin sədri Rəhmov Ramin Çingiz oğlu isə filialın ictimai həyatında fəal iştirakına görə təltif edilmişdir.
2018-ci ilin may ayının 2-3 tarixində filialda Azərbaycan Xalqının Ümummilli lideri H.Ə.Əliyevin anadan olmasının 95-ci illiyinə həsr olunmuş sayca XII Tələbə Elmi Konfransı keçirilmişdir. Konfransın plenar iclasında 3 bölmə üzrə keçirilən iclaslarda isə 82 tələbənin elmi işi üzrə təqdimatlar dinlənilmiş, hər bölmə üzrə I, II,III yer tutan ən yaxşı tələbə elmi işlərinin icraçıları müvafiq diplomlarla, digər tələbələr fəxri fərmanlarla təltif edilmişlər. 2018-2019-cu i tədris ilində filialın kafedraları üzrə 97 nəfər tələbə elmi tədqiqat fəaliyyətinə cəlb olunmuşdur.
16 noyabr 2018-ci il tarixində Bakıda Azərbaycan Pedaqoji Universitetinində Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” adlı 75-ci elmi konfransı keçirilmişdir. Bu konfransda filialımızı Bakı turuna vəsiqə almış yeddi nəfər tələbə təmsil etmişdir.Tələbələr konfransa fəal iştirakına görə fəxri fərmanlarla təltif edilmişdir. Abbaslı Nadir Nazim oğlu “Veb saytların tədrisə tətbiqi”adlı təqdimatı və Məmmədova Jalə Bayraməli qızının “Microsoft Excel proqramının riyaziyyat dərslərinə tətbiqi” adlı təqdimatları I dərəcəli diploma layiq görülmüşlər. Bu yalnız tələbələrin deyil həmçinin onlarla çalışan müəllimlərin və ümumilikdə fiialımız uğuru kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Təhsil Nazirliyinə daxil olmuş müraciətə əsasən 5 noyabr 2018-c i il tarixdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında Konstitusiya Gününə həsr olunmuş “Hüquqi Dövlətin əsasları” mövzusunda Hüquq olumpiyadasında filialın tələbələri fal iştirak etmişlər.
Filial tələbələrindən 8 nəfəri 2018-ci ilin noyabr ayının 3-də ADPU-nun Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə keçiriləcək intelektual yarışmada iki komanda tərkibində (16 nəfər) olmaqla fəal iştirak etmişlər.
2018-ci ilin oktyabr ayının 16-da filialda TEC–in illik konfransı keçirilmiş, TEC–in şurasının tərkibinə ayrı-ayrı ixtisaslar üzrə tədqiqatçılıq qabiliyyətinə malik, elmi tədqiqat işlərinə həvəsi olan 18 nəfər tələbə və qruplar üzrə məsul şəxslər seçilmişdir.
Hər il tədris ilinin əvvəlində TEC-in illik iş planı tərtib edilir, il ərzində görüləcək işlərin fəaliyyət strategiyası müəyyənləşdirilir. Diqqətinizə çatdırım ki, TEC-in 2018-2019-cu tədris ilinə aid iş planında il ərzində icrası təmin olunacaq 34 məsələ daxil edilmişdir. İş planında təhsil alanların elmi tədqiqat işinə cəlb edilməsində və bu sahədə fəaliyyətin həyata keçirilməsində elm, təhsil və təcrübənin vəhdəti prinsipinin əsas götürülməsi, tədqiqatlara maraq oyadılması, il ərzində elmi seminarların, konfransların, fənn olimpiadaların, elmi təqdimatların, müsabiqə və bilik yarışmalarının keçirilməsi, tanınmiş alimlərin mühazirələrində və ustad dərslərində iştirakçılıq və s. kimi tədbirlər nəzərdə tutulmuşdur. Keçirilən tədbirlər filialın daim yenilənən internet saytına yerləşdirilir.
2018-ci ilin oktyabr ayında filialın müxtəlif ixtisaslarında təhsil alan istedadlı 108 nəfər tələbə filialın kafedralarında elmi fəaliyyətə cəlb edilmişdir. Kafedralar xətti ilə onlara tədqiqat işi üçün mövzu seçimi imkanı yaradılmışdır. Tələbələr 2019-cu il may ayının əvvəllərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunacaq XIII tələbə elmi konfransına təqdim olunmaq üçün elmi araşdırmalarını davam etdirirlər.
Filialın tələbələrinin də təmsil olunduğu “Şəki” komandası son 3 ildə “AZTV” ilə yayımlanan “Xəmsə” intellektual bilik yarışmasında fəal iştirak edirlər. Tələbələrimiz bu yarışmada qalib olmuş, fəxri fərmanlarla təltif edilmişlər.
Filialda tələbə elmi konfransları ilə yanaşı, “Elm cəmiyyətin günəşidir”, “Nə, harada, nə zaman” adlı intellektual bilik yarışmaları, “ESSE “ yazı, ədəbi-təbii yaradıcılıq, müsabiqələri də keçirilir.
2018-ci hesabat ilində filialda elm, ədəbiyyat, incəsənət, xadimlərinin, tarixi şəxsiyyətlərin yubileylər, tarixi və bayram günləri, habelə xalqımızın qan yaddaşına yazılmış “20 yanvar Ümümxalq hüzn günü” , “26 fevral Xocalı faciəsi”, “31 mart Azərbaycanlıların soyqırımgünü kimi” faciəvi hadisələrin anım günlərinə həsr olunmuş elmi konfranslar keçirilmişdir.
Filialda kafedralar xətti ilə ayda bir dəfə təşkil olunan elmi seminarlarda tələbələr və müəllimlər fəal iştirak edirlər. Seminarlarda TEC-in üzvi olan tələbələrin məruzələri dinlənilmişdir.
2018-ci ilin aprel ayında filialda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilmiş 2018-ci ilin 30 may tarixdə “Dini radikalizmə, erkən nigahlara və narkomaniyaya qarşı mübarizə” mövzusunda konfrans, 18 oktyabr 2018-ci il tarixində “Dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü” nə həsr olunmuş elmi-nəzəri konfrans və s. kimi tədbirlər yaddaqalan olmuşdur.
ADPU-nun Şəki filialında 2018-ci ilin fevral ayından “Ümumfənlər kafedrası”nın psixologiya müəllimi Kəmalə Şaban qızı Ramazanovanın rəhbərliyi ilə “Gənc Psixoloqlar Birliyi” fəaliyyət göstərir. Müxtəlif ixtisasdan olan tələbələrinin aktual mövzulara həsr edilmiş layihələri və təqdimatları tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanmışdır. “Gənc Psixoloqlar Birliyi”nin fəaliyyəti seçdikləri “Düşünərək dəyişək” adlı şüara tamamilə uyğun olduğu özünü müsbət tərəflərdən göstərmişdir. Konfrans və seminarlarda tələbələr elmi mövzuların düzgün qoyuluşu, materialın toplanması, təhlillərin aparılması, nəticələrin çıxarılması və təqdim olunması bacarıqlarına yiyələnmiş olurlar.
26 oktyabr 2018 –ci il tarixində filialın Xarici dil ixtisasının II kurs tələbəsi N.Rüxsarənin təqdimatında eftanaziya ilə bağlı məsələlərə aydınlıq gətirilmiş, onun hüquqi, etik tərəfləri izah edilmişdir. 27 oktyabr 2018-ci il tarixində “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II kurs tələbəsi Elvin Mabudun “Parapsixologiya” adlı təqdimatı tələbə və müəllimlər tərəfindən maraqla qarşılanmışdır. Seminarın sonunda sağlam yuxu, vədrdişlərin əhəmiyyəti vurğulanmışdır. Seminarda təlimin keyfiyyətinin yüksəldilməsi üçün verilən tövsiyələrin praktik əhəmiyyət daşıdığı vurğulanmış, bundan tələbələrin faydalanması müəllimlər tərəfindən arzuolunan hal kimi qiymətləndirmişdir. Yuxarıda adı çəkilən tədbirlər filialın “Gənc Pixoloqlar” adlı internet saytında yerləşdirilmişdir.
2018-ci ildə ADPU-nun Şəki filialının Tarix-Coğrafiya ixtisasının V kurs tələbələri filialın “Təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının baş müəllimi, g.m.q.f.d. H.L.Mustafabəylinin rəhbərliyi ilə yeni layihəyə imza atmışlar. Gənc tədqiqatçılar Şəki və onun kəndlərindən yerli coğrafi toponimlərini toplamış və təqdim etmişlər. Bu layihənin davam etdirilməsi nəzərdə tutulur.
26 noyabr 2018-ci il Ümumfənlər kafedrasının müəllimi Mətənət Mustafayevanın rəhbərliyi ilə “Bir hekayəm var adlı “ müsabiqənin keçirilmişdır.
Filialımızda Teatr Dramaturqlar Birliyi fəaliyyət göstərir. Burada təşkil olunan tədbirlər gənc nəslin elmi, bədii yaradıcılıq axtarışlarına sövq etməklə bərabər , onların tərbiyəsində, mənəvi dünyalarının formalaşmasında da böyük rol oynayır. 24 dekabr saat 11 00 da birliyin “Sevdiyimiz yazıçıların əsərlərində qadınlar” adlı nöbvəti maraqlı təbiri təşkil edilmişdir.
24 dekabr 2018 –ci il Gənclər və İdman Nazirliyinin keçirəcəyi “İdeya var” adlı II ümumrespublika müsabiqəsinə ADPU –nun Şəki filialının 3 tələbəsi öz layihələrini təqdim etmişlər. Diqqətinizə çatdirmaq istəyirəm ki, bu müsabiqənın 4 nominasiya üzrə təşkili nəzərdə tutulumuşdur. Filialımızın tarix-coğrafiya müəllimliyi V kurs tələbəsi Məmmədzadə Əfsanə Qabil qızının “Həm qoruyaq, həm yaradaq, həm faydalanaq” adlı ekoloji layihəsi bəyənilmiş və son seçim turuna dəvət almışdır. Ə.Q.Məmmədzadə seçim turunda filialımızı yüksək səviyyədə təmmsil edərək, ekoloji naminasiya üzrə sərgi –müsabiqədə fəal iştirakına görə Gənclər və İdman Nairliyinin diplomu ilə təltif edilmişdir.
Hər bir tədris ilində bir və ya iki dəfə filialın Elmi Şurasında TEC-inin fəaliyyəti haqqında hesabatlar dinlənilir, müvafiq qərarlar qəbul edilir.
2025-2026-cı tədris ilində TEC-nin Şurasının yeni tərkibi aşağıdakı kimi təsdiq edilib:
1. Feyzullayeva Səadət Teyfuq qızı- b/m. TEC-in sədri
2. Həmidzadə Ömər Fəqan o . “Sosial iş” ixtisasının, I tədris ili tələbəsi, SOİ 2501,TEC-in sədr müavini
3. Dillər və onların tədrisi kafedrasından, TETİ –yə cavabdeh şəxs, b\m. Qasımova Aytən Fərman q.
4. Ümumfənlər kafedrasından TETİ-yə cavabdeh şəxs,b|m/Ramazanova Kəmalə Şaban qızı
5. Humanitar fənlər kafedrasından TETİ-yə cavabdeh şəxs, Əliyeva Pakizə İsrail qızı, b/müəllim
6. Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasından TETİ-yə cavabdeh şəxs, Əliyeva Günel Oktay qızı
ADPU-nun Şəki filialının TEC-nin fakültə nümayəndələrinin yeni tərkibi aşağıdakı kimi təsdiq edilsin:
1. Mehtizadə Aysu Əli q, “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisasının II tədris ili, AZD 2301, tələbəsi, üzv
2. Məmmədova Səbinə Səbuhi q. “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili, TSP 2301, tələbəsi, üzv
3. Kərimova Nurtac Taleh q., “Sosial iş” ixtisasının III tədris ili, S0İ 2301, tələbəsi,üzv
4. Məhərrəmova Cəvahir Vüqar q. “Sosial iş” ixtisasının IV tədris ili , SOİ 2201, tələbəsi,üzv
5. Əkbərova Jalə Fərahim q. “Riyaziyyat İnformatika” müəllimliyi ixtisasının IV tədris ili,RİN 2201, tələbəsi, üzv
6. İbrahimova Aygül Niyazi q., “Məktəbəqədər təhsil” ixtisasının I tədris ili, MQ 2301, tələbəsi, üzv
7. Kərimova Aytac Taleh q. “Xarici dil” ( İng.d) müəllimliyi ixtisasının IV tədris ili, İND2201, tələbəsi, üzv
8. İsmayılova Nəzrin Rafik q., Tarix-coğrafiya müəllimliyi V tədris ili, TCM2101, tələbəsi,üzv
9. Məmmədova Aysun Kamran q. “Riyaziyyat-informatika” müəllimliyi ixtisasının V tədris ili,, RİN 2101,tələbəsi, üzv
10. Əlizadə Günay Şahin q, “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisasının AZD 2401,tələbəsi,üzv
11. Nümmətova Sehri Fəxri q, “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili İBS 2401,tələbəsi,üzv
12. Xəlilova Türkan Nasir q, “Məktəbəqədər təhsil” ixtisasının II tədris ili , MQ 2401,tələbəsi,üzv
13. Yusifova Jalə Elmar q. “Tarix” müəllimliyi ixtisasının I tədris ili, TM2501, tələbəsi,üzv
14. Hüseynzadə Fatimə Qurban q. “Xarici dil” (İngilis dili)müəllimliyi ixtisasının I tədris ili, İND 2501,tələbəsi, üzv
15. Hacılı Banuçiçək Asif q. “Xarici dil” (İng.dili) müəllimlyi ixtisasının İND 2501,tələbəsi,üzv
16. Nəsirov Mirnicat Xaliq o. “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisasının AZD 2501, tələbəsi,üzv
17. Əliyeva Vüsalə Vüqar q, “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisasının AZD 2501,tələbəsi,üzv
18. Rəsulzadə Arzu Bəylər q. “Sosial iş” ixtisasının SOİ 2501,tələbəsi, üzv
19. Göygözova Fidan Dünyamin q. “İbtidai sinif” müəllimliyi ixtisasının İBS 2501,tələbəsi, üzv
20. Əsgərova Zeynəb Ceyhun q. “İbtidai sinif” müəllimiyi ixtisasının İBS 2501, tələbəsi, üzv
21. Məmmədhasilova Nərmin Asim q. “İbtidai sinif” müəllimiyi ixtisasının İBS 2501, tələbəsi, üzv
22. Əhmədova Gülər Məmməd q. “Təhsildə sosial psixoloji xidmət” müəllimiyi ixtisasının TSPX 2501, tələbəsi, üzv
23. Hümmətzadə Zəhra Taleh q. “Təhsildə sosial psixoloji xidmət” müəllimiyi ixtisasının TSPX 2501, tələbəsi, üzv
24. Xancanlı Xatın Valeh q. “Təhsildə sosial psixoloji xidmət” müəllimiyi ixtisasının TSPX 2501, tələbəsi, üzv
25. Zamanov Səid Fərrux o. “Riyaziyyat və informatika” müəllimliyi ixtisasının RİN 2501, tələbə, üzv
26. Kərimov Qurban İftixar o. “Riyaziyyat və informatika” müəllimliyi ixtisasının RİN 2501, tələbəsi, üzv
27. Mənəfzadə Səmra Vüqar q. “Məktəbəqədər təhsil” ixtisasının MQ 2501, tələbəsi, üzv
Tələbələr:
7. Mahmudlu Səbuhi Muxtar oğlu. “Tarix-coğrafiya” müəllimliyi ixtisasının IV tədris ili tələbəsi, TCM 2201, üzv
8. Abdulrəhimov Rövşən Elşən oğlu. “Tarix-coğrafiya” müəllimliyi ixtisasının I tədris ili tələbəsi, TCM 2501, üzv
9. Məhərrəmova Cavahir Vüqar qızı. “Sosial iş” ixtisasının IV tədris ili tələbəsi, SOİ 2201,üzv
10. Hüseynova Simuzər Murad q. “Riyaziyyat-informatika” müəllimliyi ixtisasının IV tərdis ili tələbəsi , RİM 2201, üzv
11. Allahverdiyeva Şəhla Elçin qızı, “Xarici dil” (İng.dili) müəllimliyi ixtisasının III tədris ili tələbəsi, İND 2301,üzv
12. Zamanov Səid Fərrux oğlu. “Riyaziyyat-informatika” müəllimliyi ixtisasının I tərdis ili tələbəsi , RİN 2501,üzv
13. Abbasova Günel Arzu q. “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ili tələbəsi, İBS 2301, üzv
14. Rasulova Sevinc Nizami “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisasının II tədris ili tələbəsi, AZD 2401, üzv
15. Abdulsəlimli Nazlı İbrahim qızı, “Təhsildə sosial psixoloji xidmət” ixtisasının II tədris ili tələbəsi, TSP 2401, üzv
16. Məhərrəmli Raziyə Arif q. “Xarici dil”(İng.dili) müəllimliyi ixtisasının III tədris ili tələbəsi, İND 2201
- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 5995
QISA BİOQRAFİK MƏLUMAT
Laləzar Cəfərova 1993 cü ildə Şəki şəhərində anadan olub. 2000-2011 ci illərdə Şəki şəhəri 20 saylı orta məktəbdə, 2011 - 2014 ci illərdə Şəki Pedaqoji Kollecində ibtidai sinif müəllimliyi ixtisası üzrə, 2014-2018 ci illərdə ADPU nun Şəki filialının “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə, 2018 - 2020 ci illərdə BDU də Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə magistr təhsili almışdır. 2020 - ci ildə ADPU nin Şəki filialında tyutor vəzifəsildə işə başlamış daha sonra 2021 ci ildə həmin müəsisədə psixologiya müəllimi olaraq fəallıyətini davam etdirir.Ailəlidir iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2014 cü ildə Şəki Pedaqoji Kollecinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə subbakalavr dərəcəsini ,
2018 ci ildə ADPU nun Şəki filialının “Təxsildə sosial psixoloji xidmət” ixtsisasının bakalavr dərəcəsini,
2020 ci ildə BDU nin “təxsildə sosial psixoloji xidmət” ixisasinin magistr dərəcəsini almışdı.
ƏMƏK FƏALİYYƏTİ
22020 - ci ildə ADPU - nun Şəki filialında tyutor
2021 - ci ildə ADPU - nun Şəki filialında psixologiya müəllimi vəzifəsinə təyin olunub.
2025-ci ildə ADPU - nun Şəki filialında İnsan resursları və ümumi şöbənin müdiri vəzifəsinə təyin olunub.
TƏDQİQAT SAHƏSİ
Psixologiya
TƏDRİS ETDİYİ FƏNLƏR
Ümumi psixologiya, Məhdud imkanlı uşaqların psixologiyası, Qrup və fəaliyyət psixologiyası.
NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ
1. Təlimdə geriqalma dövrümüzün aktual problemi kimi.Sosial və humanitar elmlərin müasir problemləri buraxılış 24,2019 II hissə səh 65-71
2. Təlimdə geriqalmanın profilaktikası və aradan qaldırılması yolları. Sosial və humanitar elmlərin müasir problemləri buraxılış 25,2020 II hissə səh 56-60
3. Xüsusi qayğıya ehtiyaci olan uşaqlarla təlim prosesində psixoloji xüsusiyyətlərin nəzərə alınması. Sosial və humanitar elmlərin müasir problemləri buraxılış 30,2022 II hissə səh 231-235
SERTİFİKATLAR
1.Kristal Tədris Psixologiya Mərkəzində keçdiyim iki aylıq təcrübə zamanı fərqləndiyinə görə təltif olunur 24 may 2018
2.”Laava Academy” tərəfindən təşkil edilən “Bağlanma Şəkillərimiz “ adlı vebinarda aktiv iştirak etdiyi üçün təqdim edilir
3.”Elmi İnkişaf: Uğurlar və Çağırışlar” Gənc tədqiqatçıların II Respublika Elmi Konfransında iştirakına görə
4.”Moodlə LMS” üzrə adlı 01.04.07.2024-cü il tarixində keçirilən 16 saatlıq (4kredit) təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə
5.”Google Scholar profilinin yaradılması, materialların yerləşdirilməsi, idarə edilməsi,i10-index hesablanması qaydaları,məqalələrin beynəlxalq , jurnallara göndərilməsi prosesindəki tələb olunan veb sistemlərdən (Opoen Jornal Systems , Credit Taxonomy) istifadə qaydaları adlı 21-22 may 2025-ci il tarixində keçirilən 12 saatlıq ( 2 kredit) təlimində iştirakına görə
6.Введение в псиологическое консультирование 01.03.2025
7. 9 may 2025-ci il tarixində ADVENTURE DEVELOPMENT ACADEMY MMC-nin nəzdində fəaliyyət göstərən Dəniz Psixologiya Mərkəzi-nin təşkil etdiyi Emosional zəka adlı təlimdə iştirakına görə
8.ADA (Adventure Development Academy) nəzdində fəaliyyət göstərən Discover Your Thinkimg in 15.06.2024 tarixində təşkil etdiyi təlimdə akti8v iştirak etdiyinə görə təlitif olunur
9”Adventure Development academy” MMC nəzdində fəaliyyət göstərən Azərbaycan “Azərbaycan towards development”-in 24.06.2024 tarixli keçirdiyi “Cinsi tərbiyə” adlı təlimdə aktiv iştirak etdiyi üçün təltif olunur
10. 03.06.2024-cü ildə Adventure Development academy MMC nəzdində fəaliyyət göstərən Rose Academy Təşkil etdiyi “Autizimin Yaranma Səbəbi” təlimində aktiv iştirak etdiyinə görə
11.Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim” Respublika elmi konfransında məruzə ilə çıxış etdiyi üçün təltif olunur
12. 19.03.2025-ci ildə Laava Academy tərəfindən təşkil onunan Arzu soltanın təlimçilik etdiyi “Effektiv ünsiyyət və şiddətsiz kommunikasiya” adlı seminarda aktiv iştirak etdiyi üçün təqdim edilir.
13.Course Certificate an online non kredit course authorized vby Nation Proqram and offered throught Coursera “Psixologiya” 21.08.2025
14.Course Certificate an online non kredit course authorized by Nation Proqram and offered throught Coursera “İnsan Resusları” 21.08.2025
15.for successfully completing the “Human Resorces management-operations” training program organized by the human resources academy date 05.10.2025 Period 2 month
Məqalələr
1.Elmi Tədqiqat Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 5 Sayı: 5 / 89-94 “Məktəbəqədər inklüziv müəssisələrdə loqopedik işin təşkili formaları”
2. №66 2025 Annali d’Italia VOL. 1 ISSN 3572-2436 Annali d’Italia (Italy’s scientific journal) is a peer-reviewed European journal covering top themes and problems in various fields of science “МЕТОДЫ УСТРАНЕНИЯ НАРУШЕНИЙ РЕЧИ У ДЕТЕЙ ДОШКОЛЬНОГО ВОЗРАСТА”
3. ELMİ İŞ Beynəlxalq Elmi Jurnal. 2025 / Xüsusi Buraxılış / 27-31 “Məktəbəqədər yaşlı uşaqlarla loqopedik işin təşkili”
4.the İssue contains Procedings of the 8 th İnternational scientific and Practical Confence Sceentific Paradian in th context of technologies and society development Geneva Switzerland 26-28/02/2025 №237 February 2025 ”Организация и особенности логопедической работы в общеобразовательных дошкольных учреждениях”
5.No. 9 (2025): Theoretical Hypotheses and Empirical Results / Psychological sciences “Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların nitq inkişafının xüsusiyyətləri”
6. No. 8 (2024): Scientific Research and Experimental Development / Psychological Sciences “Psixi inkişafında ləngimələr olan uşaqların psixoloji xarakteristikası”
7. No. 8 (2024): Modern Scientific Method / Psychological Sciences “Inklüziv təhsilin psixologiyası” 2024-11-18
8. “İn the world of science and education”Taraz Kazakhstan 20 october 2024 “Emosional zəka”
9. Əməkdar elm xadimi Əbdül Əlizadənin 90 illik yubileyinə həsr olunmuş “Psixologiyanın aktual problemləri” Respublika elmi konfransının materialları “Əbdül Əlizadənin yaradıcılığında təhsilin psixoloji problemlərinə baxış” Bakı, 27 oktyabr 2022
10.Sosial və humanitar elmlərin müasir problemləri.Elmi əsərlər toplusu buraxılış № 25 (II hissə) “Təlimdə geriqalma problemiinin profilaktikası və aradan qaldırılması yolları”
11.Sosial və humanitar elmlərin müasir problemləri.Elmi əsərlər toplusu buraxılış № 24 (II hissə) Bakı – 2019 “Təlimdə geriqalma dövrümüzün aktual problemi kimi”
PROQRAMLAR
1.Seçmə fənn: Qrup və fəaliyyət psixologiyası. Bakı 2023 (həmmüəllif pedaqogika üzrə fəlsəfə doktoru N.Z. Çələbiyev)
İNSAN RESURSLARI VƏ ÜMUMİ ŞÖBƏ
Şöbə Kadrlar və ümumi şöbə adı altında 17 sentyabr 2012-ci il tarixində 02/164 nömrəli əmr ilə yaradılmışdır. 05 may 2023–cü il tarixindən İnsan resursları və ümumi şöbə kimi fəaliyyət göstərir. Şöbənin fəaliyyətinin əsas istiqamətləri:
- Kadr təminatı, attestasiya, təltif, maddi stimullaşdırma, hüquqi tənzimləmə sahələri üzrə Təhsil Qanununun və Əmək Məcəlləsinin müvafiq maddələrinin həyata keçirilməsi;
- Şöbənin nomenklaturu, vəzifəyə təyin və azad olunma qaydalarının həyata keçirilməsi, təsdiq edilməsi və bu sahədə qanunvericiliyə riayət olunması;
- İşçinin vəzifə öhdəlikləri və əmək şəraiti ilə tanış etmək, onun hüquq və vəzifə borcu haqqında məlumatın verilməsi;
- İşçinin ADPU-nun Şəki filialının daxili nizam-intizam qaydaları və iş rejimi ilə tanış edilməsi;
- İşçilərin rəğbətləndirilməsi qaydaları və formalarının müəyyənləşdirilməsi, təltif olunma mexanizminin işlənməsi və tətbiqinə nail olunması;
• Vətəndaşlara, o cümlədən əməkdaşlara Əmək məcəlləsinə dair hüquq məsləhətlərinin verilməsi, konkret hallarda dəqiq tətbiqinə nail olunması, bu və ya
digər məsələlər üçün hüquqi bazanın yaradılması;
• Struktur bölmə rəhbərləri, eləcə də əməkdaşların əmək qanunvericiliyinə dair hüquqi biliklərinin artırılması, mövcud əmək qanunvericiliyinə əməl olunmasının daim diqqət mərkəzində saxlanılması;
• Şəxsi işlərin qorunub lazımi səviyyədə saxlanılması, əmək kitabçalarının qanunauyğun şəkildə tərtib edilməsi;
• Kadr işləri ilə bağlı məsələlərin Elmi Şuranın müzakirəsinə çıxarılması,
• Daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyatı üzrə strukturlara və icraçılara çatdırılması;
• Sənədlərin vaxtında lazımi orqanlara göndərilməsi;
• Sənədlərin mütəmadi olaraq icra müddətinə nəzarət edilməsi;
• İcra edilmiş sənədləri aid olduğu struktur bölmələrdən vaxtında tələb edilməsi;
• Sənədlərin surətlərinin çıxarılması və lazımi şöbələrə çatdırılması;
• Sənədlərin arxivə təhvil verilməsi üçün aktlaşdırılması;
• Sənədlərin səliqəli saxlanılması və onlardan düzgün istifadə edilməsinin təmin edilməsi.
İnsan resursları və ümumi şöbənin hazırda müdir, arxiv müdiri, 2 mütəxəssis, nəzarətçi və 2 operator olmaqla cəmi 7 işçisi var.
Müdir: Laləzar Elşad qızı Cəfərova
Arxiv müdiri: Təranə Tahir qızı Zəkəryəyeva
Mütəxəssis: Mətanət Faxrəddin qızı Süleymanova
Mütəxəssis: Arzu Şahid qızı Rzayeva
Operator: Günel Zülfüqar qızı Qaffarova
Operator: Zəhra Natiq qızı Məmmədova
Nəzarətçi: Ülviyyə Namiq qızı Nəcəfova
- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 7658













