elnare

LƏTİFOVA ELNARƏ MÜBARİZ QIZI
Baş mühasib

QISA BİOQRAFİK MƏLUMAT
13 dekabr 1983-cü ildə Şəki şəhərində anadan olmuş, 2000-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi bitirmiş,2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndis İqtisadiyyatı və İdarəetmə” fakültəsinin “Menecment” ixtisasına qəbul olmuş, 2004-cü ildə bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ
2004-cü il 1 avqustdan AMİ-nin Şəki filialinda mühasib
2016-cı ildən ADPU-nun Şəki filialında mühasib
2022-ci il 1 dekabrdan ADPU-nun Şəki filialında baş mühasib

MÜHASİBATLIQ
Mühasibatliq AMİ-nin Şəki filialı fəaliyyətə başladıği dövrdən yaradılmışdır.Mühasibatlıq “Mühasibat uçotu haqqında “ Azərbaycan Respublikası Qanunun əldə rəhbər tutaraq filial tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini,daxil olan pul vəsaitlərinin,əmtəə-mal qiymətlərinin və əsas vəsaitlərinin uçotunu,mühasibat uçotu hesabatlarında onların hərəkətini,xərclər smetasının ,iş və xidmətlərin yerinə yetirilməsini, təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarının və əməliy-yatlarının uçotunu təşkil edir. İlkin sənədlərinin,hesablaşmalarının və ödəniş öhdəliklərini ,əmək haqqı fondunun sərf olunmasını,vəzifə maaşlarının təyin edilməsini,əsas fondların invertarizasiyasını və s. təşkil edir. Ştat,maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor-kreditor borclarını mühasibat balansında əks etdirir.

Mühasibatlığın 7 işçisi var:

Baş mühasib: Lətifova Elnarə Mübariz qızı
Mühasib: Əlizadə Çinarə Ələsgər qızı
Mühasib: Səmədova Şəfəq Qərib qızı
Satınalma üzrə mütəxəssis: Cavadova Aygül Rasim qızı
İqtisadçı: Əhmədova Əfsanə Kamran qızı
Statistik: Həmidova Gülşən Əlovsət qızı
Operator: Abozərova Elnarə Natiq qızı

 

Rəhimova Yeganə Abdulla qızıRƏHİMOVA YEGANƏ ABDULLA QIZI
“Dillər” kafedrasının baş müəllimi, Tələbə və tədrisin idarəolunması şöbəsinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT

5 iyun 1961-ci ildə Şəki şəhərində anadan olub. 1968-1978-ci illərdə Şəki şəhər 8 saylı orta məktəbdə oxuyub. 1981-1982-ci illərdə ADU-nun hazırlıq şöbəsi, 1982-1987-ci illərdə ADU-nun şərqşünaslıq fakültəsini bitirib. Ailəlidir, bir övladı var. Təhsili, elmi dərəcəsi və elmi adları 1982-1987-ci illərdə tələbə, 2000-ci ildən AMİ-nin Şəki filialında (2016-cı ildən ADPU-nun Şəki filialında) baş müəllim;

 

ƏMƏK FƏALİYYƏTİ

1987-1993-ci illər Şəki rayonunun Böyük Dəhnə kənd orta məktəbində müəllim; 1993-2000-ci ilər BDU-nun Şəki filialında laborant, müəllim, baş müəllim; 2000-2008-ci illərdə AMİ-nin Şəki filialının “Dillər” kafedrasında baş müəllimi; 2008-ci ilin sentyabr ayından AMİ-nin Şəki filialında Tədris şöbəsinin müdiri, 2016-cı ildən ADPU-nun Şəki filialında Tələbə və Tədrisin idarəolunması şöbəsinin müdiri, “Dillər” kafedrasında baş müəllimi;

TƏDRİS ETDİYİ FƏNLƏR

Azərbaycan dialektologiyası, Nitq mədəniyyətinin əsasları, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Azərbaycan dili tarixi, türk dillərinin müqayisəsi.

TƏDRİS ŞÖBƏSİ

Tədris şöbəsi 15 sentyabr 2008-ci il tarixdə yeni struktura uyğun olaraq filial direktorunun 02/ 68 saylı əmri ilə yaradılmışdır. Fəaliyyətin əsas istiqamətləri. Bakalavr təhsil pilləri üzrə hər tədris ili üçün dekanlıq tərəfindən hazırlanmış tapşırıqları müəyyən olunmuş normativ tələblərə uyğunluğunu yoxlayır, tapşırıqların müəyyən olunmuş müddətdə kafedralara paylanmasına, kafedra müdiri tərəfindən professor- müəllim heyəti arasında bölgüsünə nəzarət edir və tədris işləri üzrə müavinə təsdiq üçün təqdim edir;
-dərs yüklərinin bölgüsündən sonra kafedralar və ayrı-ayrı fənlər üzrə vakant qalan dərs yükləri barədə müdiriyyətə rəsmi məlumat verir;
-hər semestr üçün imtahan sessiyasına çıxarılan fənlərdən sualların kafedralar tərəfindən müəyyən olunmuş müddətdə tərtib olunub tələbələrə çatdırılmasına nəzarət edir;
-filialın professor-müəllim heyəti və saathesabı qaydada işləyən müəllimlər tərəfindən tədris yüklərinin yerinə yetirilməsinə nəzarət edir;
-tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və lazımı ünvanlara çatdırılmasını təmin edir;
-struktur bölmələrinin hesabatları əsasında filialın illik hesabatlarını hazırlayır.

Tədris şöbəsinin 10 işçisi vardır:

Müdir: b/müəllim Rəhimova Yeganə Abdulla qızı
Baş inspektor: Əhmadova Gülruh Əhəd qızı
Pedaqoji təcrübə rəhbəri: Bədəlova Asudə Şövkət qızıl

Baş mütəxəssis:
Məhərrəmova Amalya
Səmədova Şəfəq Vaqif qızı
Kərimova Aynur Nurəhməd qızı

Mütəxəssis:
İsmayılova  Arifə Məzahir qızı

Dispetçer: Rəsulova Samirə Qorxmaz qızı

Operator:
Məcidova Sədaqət Nadir qızı
Baqiyeva Fatma Aydın qızı

Mirzəyeva Türkan Zəfər qızıMİRZƏYEVA TÜRKAN ZƏFƏR QIZI
Kitabxana müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1987-ci il fevralın 10-da Şəkidə anadan olub. 1994-2000-ci illərdə Şəki şəhər 19 saylı orta məktəbdə, 2000-2005-ci illərdə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə orta təhsil, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində ali təhsil almışdır. 2009-cu ildən ADPU-nun Şəki filialının kitabxanasında çalışır. Ailəlidir. 2 övladı var. YAP-ın üzvüdür.

ƏMƏK FƏALİYYƏTİ

2009-cu il dekabrın 1-ində AMİ-nin Şəki filialının kitabxanasında kitabxanaçı işləmişdir.
2011-ci ilin yanvarın 21-dən ADPU-nun Şəki filialının kitabxanasında kitabxana müdiri vəzifəsində çalışır.

KİTABXANANIN TARİXİ VƏ FƏALİYYƏTİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kitabxanası Respublikanın ali məktəb kitabxanalarından biridir. Kitabxana 30 sentyabr 1991-ci ildən 2000-ci ilədək BDU-nun Şəki filialının, 13 iyun 2000-ci ildən AMİ-nin Şəki filialının, 2015-ci ilin noyabrından isə ADPU-nun Şəki filialının kitabxanası kimi fəaliyyət göstərir. Kitabxana ali təhsil müəssisəsinin əsas struktur bölmələrindən biridir. Kitabxananın fondunda azərbaycan, rus, türk, ingilis və fransız dillərində 19251 nüsxə kitab saxlanılır. Rəhbərliyin diqqət və qayğısı sayəsində kitabxana fondu zənginləşir. Kitabxananın 795 nəfər oxucusu var.

Sahəsi: 252.8 m2
İşçi sayı: 4
Ümumi fond: 20541
Kiril: 9277
Latın: 11264

Tədris metodik vəsait: 3226
Dərslik: 1120
Dərs vəsaiti: 1444
Metodik vəsait: 295
Kiril tədris metodik vəsait: 367
Hədiyyə: 4151
Ensiklopediya: 606
Lüğət: 475
PDF:2081
Monoqrafiya: 32 adda 175 nüsxə
Oxucu sayı: 883
Müəllim: 83
İşçi: 47
Tələbə: 753

2023-2024 -cü tədris ilində kitabxanaya 26 adda 148 nüsxə kitab alınıb, 367 adda 461 nüsxə kitab hədiyyə olunub. Kitabxana 2023 - 2024 - cü tədris ili üçün “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “Respublika”, “Azərbaycan müəllimi”, “Səs”, “Region mediası”, “Şəki”, “Бакинский рабочий”  qəzetlərə  abunə yazılmışdır.

Kitabxana yaradılan mədəni sərvətləri, informasiya resurslarını toplayır və qoruyur, eyni zamanda onların istifadəsini, yayımlanmasını təmin edir.
Məqsədimiz kitabxana fondunu ali təhsil müəssisəsinin profilinə, məqsədinə, oxucuların informasiya təlabatına uyğun şəkildə qurmaq, xidmətin keyfiyyətini yaxşılaşdırmaq, ali məktəbin apardığı təlim-tərbiyə və maarifləndirmə işində fəal iştirak etməkdir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının “ Kitabxana işi haqqında” və “ Təhsil haqqında”qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər aidiyyati orqanların müvafiq, normativ-hüquqi aktlarını, ali təhsil müəssisəsinin rəhbərliyinin əmr və göstərişlərini, həmin ali təhsil müəssisəsinin nizamnaməsini və Nümunəvi Əsasnaməsini əldə rəhbər tuturuq.

Kitabxana işini öz iş planına əsasən yerinə yetirir:

1. Kitabxananın fəaliyyətini təşkil edir və istiqamətləndirir, oxuculara xidmətin təşkilinə və vəziyyətinə cavabdeh olur;
2. Kitabxana fondunun zənginləşdirilməsinə nəzarət edir, proseslərinin avtomatlaşdırılmasını təşkil edir;
3. Fondun düzgün komplektləşdirilməsini və ondan operativ istifadəni təşkil edir, fondun mühafizəsi üçün şərait yaradır;
4. Kitabxanaya daxil olan ədəbiyyatı qoşma sənədlə yoxlayıb, vahid ümumi uçot kitabı ilə işləyir;
5. Yeni alınmış kitabları inventara salır, ştempel vurur, texniki cəhətdən işləyir, ciblikləri və müddət vərəqlərini yapışdırır, kartlarını yazır, kataloqlaşdırır, əlifba və sistemli kartotekasını təşkil edir;
6. Ümumi fondda kitabların şöbələr, bölmələr və əlifba sırası ilə düzülüşünə nəzarət edir;
7. Gündəlik mətbuatı izləyir, dövri nəşrlərin kartotekasını hazırlayır, oxucuların bu kartotekadan yararlanmasını təşkil edir;
8. Oxucu kartotekasını təşkil edir, onların mütaliə marağını daim öyrənməklə məşğul olur;
9. Oxuculara kitab verilməsini və geri qaytarılmasını təmin edir, gecikdirilmiş kitab borclarının ödənilməsi üçün tədbirlər görür;
10. Daimi və dəyişkən sərgiləri təşkil edir;
11. Yeni alınmış kitabların sərgilərini təşkil edir;
12. Gün ərzində kitabxanadan istifadə edən, oxu zalından istifadə edən oxucuların qeydiyyatını aparır;
13. Oxu zalının fondunu təbliğ edir, onun düzülüşü ilə məşğul olur, fondun daima qaydada olmasını təmin edir;
14. İl ərzində görülən işlər haqqında hesabat verir.

Kitabxananın 4 nəfər əməkdaşı vardır

Kitabxana müdiri: Türkan Zəfər qızı Mirzəyeva

Böyük kitabxanaçı:
İsmayılova Gülnaz Əhəd qızı

Kitabxanaçı:
Mustafazadə Günay Elxan qızı

Biblioqraf: Süleymanzadə Ətrabə Dilavər qızı

Kitabxananın elektron fondu:

Azərbaycan dili

Bədii ədəbiyyat

Coğrafiya

Fransız dili

Fəlsəfə

Lüğət,ensiklopediya

Pedaqogika

Psixologiya

Riyaziyyat

Sosial iş

Sosiologiya və politologiya

 Tarix

 Tibb

Uşaq ədəbiyyatı

Xarici ədəbiyyat

İnformatika

İngilis dili

İqtisadiyyat

Ədəbiyyat tarixi.Ədəbi tənqid və ədəbiyyatşünaslıq

 

Nermine.NesrullayevaNərminə Zülfəli qızı Nəsrullayeva
Keyfiyyətin təminatı şöbəsi

QISA BİOQRAFİK MƏLUMAT
Nərminə Zülfəli qızı Nəsrullayeva 1982-ci il fevral ayının 11-də Şəki şəhərində anadan olub.1999-cu ildə Şəki şəhər M. Füzuli adına 3 saylı orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. 2003-cü ildə həmin universiteti bakalavr pilləsi üzrə müvəffəqiyyətlə bitirərək ADU-nun magistratura bölməsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 2006-cı ildə magistr pilləsini müvəffəqiyyətlə başa vurmuş, həmin ilin fevral ayından etibarən Azərbaycan Kooperasiya Universitetinin “Xarici dillər-2” kafedrasında 1 ştat müəllim vəzifəsində işləmişdir.
2006-cı ilin noyabr ayında vəzifəsindən ayrılaraq ailə qurmuş və daimi yaşayış yerini Rusiya federasiyasının Sankt Peterburq şəhərinə dəyişmişdir. 2013-cü ildə Azərbaycana qayıtmış və 2014-cü ildən ADPU- nun (keçmiş Azərbaycan Müəllimlər İnstitutunun) “Dillər” kafedrasında 1 ştat müəllim kimi işə başlamışdır.Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1999-2003 Azərbaycan Dillər Universiteti bakalavr pilləsini fərqlıənmə(qırmızı diplom) ilə bitirib.
2003-2006 Azərbaycan Dillər Universiteti magistr pilləsini fərqlənmə (qırmızı diplom) ilə bitirib.
2018-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantıdır.

ƏMƏK FƏALİYYƏTİ
2003-2005- ci illər Bakı çəhəri 205 saylı orta məktəbdə ingilis dili müəllimi kimi;2004-2006-cı illər Azərbaycan Kooperasiya Universitetində əvvəl laborant, sonra isə ingilis dili müəllimi kimi;2014-cü ildən indiyədək ADPU-nun Şəki filialında ingilis dili müəllimi kimi, 2019-2020 ci illər Avropa İttifaqının maliyyə dəstəyi ilə RİİB-in həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində regional koordinator/təlimçi kimi;2021-ci ilin noyabr ayından isə filialda “Keyfiyyətin təminatı” şöbəsinin müdiri kimi işləyir.

TƏDQİQAT SAHƏSİ
İngilis dilinin fonetikası
İngilis və fransız dilində intonasiya, ara söz və ara cümlələrin intonasiyası

BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2018, 25-26 oktyabr, Azərbaycan Dillər Universiteti, Azərbaycan, ingilis və fransız dillərində ara söz və ara cümlələrin xüsusiyyətləri// Tətbiqi Dilşiliyin Problemləri, II beynəlxalq konfransın tezisləri, Bakı.
2020, 25-26 avqust, Fransız dilində ara sözlər epistemik modallıq göstəriciləri kimi // Bəxtiyar Vahabzadənin 95 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans, Kars, Türkiyə
2021,23 yanvar, Fransız dilində koqnitiv feillərin ara cümlələrdə işlədilməsi //Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş X Beynəlxalq Elmi Simpozium, Stokholm Isveç.

ELMİ VƏ METODİKİ MƏQALƏLƏRİ
2016, Bakı, ADU, İngilis dilində feillərlə işlənən sözönülər// Elmi xəbərlər, № 1
2017, Bakı ADU, İngilis dilində dişarası samitlərin tələffüzü // Elmi xəbərlər, cild 2 № 1
2018 Bakı, Fransız dilində ara elementlərin formalaşmasına və inkişafına görə müxtəlifliyi //Filologiya məsələlər, №14
2019, Bakı, Fransız dilində ara söz və ara cümlələrdə modallığın ifadə tərzi //Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №2
2020, Bakı, Fransız dilində modallıq linqvistik kateqoriya kimi // Filologiya məsələlər, № 4
2021, Gəncə, Fransız dilində ara söz, ara söz birləşmələri və ara cümlələrin cümlə daxilində mövqeyi // Elmi Xəbərlər № 2

“KEYFIYYƏTIN TƏMINATI” ŞÖBƏSİ
“Keyfiyyətin təminatı” şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Elmi Şurasının qərarı və direktorun 10 noyabr 2021-ci il əmri ilə təsdiq edilmiş Əsasnaməyə əsasən fəaliyyət göstərən struktur vahididir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının təhsil və elm sahələrinə dair qanunvericiliyini, ADPU-nun Nizamnaməsi, ADPU-nun Şəki filialının və şöbənin Əsasnaməsini rəhbər tutur. “Keyfiyyətin təminatı” şöbəsi filialda keyfiyyət mədəniyyətinin formalaşdırılması, tədris prosesinin yaxşılaışdırılmasını, tədris proqramları, tədris materiallarının keyfiyyətinin artırılması, müvafiq strukturlar arasında koordinasiyanın təşkili, semestr imtahan larının nəticələrinin akademik və statistik təhlilini, filialda təlim və tədris prosesinin artırılması məqsədi ilə seminar və təlimlərin təşkilini həyata keçirir. Şöbədə şöbə müdiri, iki mütəxəssis və iki operator çalışır.

Şöbə müdiri: Nəsrullayeva Nərminə Zülfəli qızı
Mütəxəssis: Əşrəfli Rəvanə Elman qızı
Mütəxəssis: Osmanova Gültən Heydər qızı
Operator: Məmmədova Sevonc Əli qızı

 

                                                                          xuraman

HƏMİDOVA XURAMAN İSA QIZI

Karyera mərkəzinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT
1963-cü ildə Şəki rayonunun Baş Layıskı kəndində anadan olub. 1970-1976-cı ildə Şəki şəhər 12 saylı orta məktəbdə, 1977-1980-ci ildə Şəki şəhər M. Qorki adına 10 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakultəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni bitirib, təyinatla Şəki Dəmir Beton Ağac Məmulatı və Metal Konstruksiyaları istehsalı Eksperimental zavodunda iqtisadçı, 1991-ci ildə həmin müəssisədə plan şöbə rəisi təyin olunub. 1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialına laborant, 1998-ci ildə həmin müəssisədə baş laborant, 1999-cu ildə müəllim, 2000-ci ildən AMİ-nin Şəki filialında müəllim kimi fəaliyyətimi davam etdirib. 25.09.2001 tarixdə AMİ-nin Şəki filialının Təbiət elmləri kafedrasında baş müəllim, 1997-2007-ci illərdə ictimai əsaslarla dekan vəzifəsində çalışıb. 2007-2008-ci ildə “PKYH İA və təkmilləşdirilməsi”, 2008-2009-ci ildə isə “Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi” kabinetinə müdir, 2009-cu ildə əlavə təhsil üzrə direktor müavini vəzifəsinə təyin olunub. 2017-ci i tərbiyə işləri üzrə təşkilatçı, 2021-ci il “Karyera mərkəzi”nin müdiri vəzifəsinə təyin olunub. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2008-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü seçilib. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı “Dodu” ərazi ilk təşkilatı Qadınlar Şurasının sədridir. Ailəlidir. 3 övladı var.


TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1985-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1985-1991 Şəki DBAM və MKİEZ iqtisadçı
1991-1992 Şəki DBAM və MKİEZ plan şöbə rəisi
1993-1998 BDU Şəki filialı laborant
1998-1999 BDU Şəki filialı baş laborant
1999-2001 BDU Şəki filialı müəllim
2001-2003 AMİ-nin Şəki filialı müəllim
2003-2007 AMİ-nin Şəki filialı baş müəllim
1997-2007 AMİ-nin Şəki filialı ictimai əsaslarla dekan
2007-2008 AMİ-nin Şəki filialı “PKYHİA və T” kabinetinin müdiri
2008-2009 AMİ-nin Şəki filialı “KS və TNQ” kabinetinin müdiri
2009-2017 AMİ-nin Şəki filialı Əlavə təhsil üzrə direktor müavini
2017-2021 ADPU-nun Şəki filialında Təlim Tərbiyə üzrə təşkilatçı
2021 ADPU-nun Şəki filialında “Karyera mərkəzi”nin müdiri

TƏDQİQAT SAHƏSİ
İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi şəraitində şagirdlərin riyazi təfəkkürünün formalaşdırılmasının elmi-nəzəri və texnoloji əsasları.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2004, 29 oktyabr, “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə Təhsil menecerləri kursları üçün mühazirəçi hazırlayan xüsusi təlim kursu. “Təhsilin idarə olunması və iqtisadiyyatı”. “Öyrədən” statusu verilməsi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu
2004, 30 iyun, “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə “Fəal və interaktiv təlim metodları” mövzusunda xüsusi təlim kursu. “Öyrədən” statusu verilməsi. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
2008, 08-12 sentyabr, “Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumu” Azərbaycan Respublikası Təhsil Nazirliyi
2009, İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd 2010, 03 iyul, “Avropada Baloniya Prosesi və onun Azərbaycanda Perspektivliyi”, Azərbaycan Dillər Universitetinin Resurs Kompleksi - Amerika Mərkəzi
2013, iyul, “Şəki Məktəbəqədər Təhsil Müəssisələrində İnklüziv təhsilin inkişafı” layihəsinin Ali Təhsil komponenti çərçivəsində “İnklüziv Təhsil üzrə Alitəhsil müəssisələri üçün hazırlanmış kurs”, Azərbaycan Müəllimlər İnstitutu
2015, 22-27 may, “Təhsildə Fəlakət Riskinin Azaldılması” UNİSEF-in Azərbaycandakı nümayəndəliyi
2017, 22 sentyabr, “Participated in Task Based Learninq” seminar Sheki Azerbaijan
2019,, 15-19 aprel, Şəki. Avropa İttifaqının maliyyə dəstəyilə UNİCEF və “Regional inkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr çərçivəsində “İnkiüziv təhsil” üzrə təlim. Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Regional inkişaf” İctimai Birliyi və UNİCEF - in birgə layihəsi

DƏRS VƏ METODİK VƏSAİTLƏRİ
Bakı, 2008. Kiçikyaşlı məktəblilərin ümümi inkişaf səviyyəsinin yüksəldilməsində riyaziyyat təliminin rolu.//Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 1
Bakı, 2009. Riyaziyyatın tədrisi metodikasının məqsəd və məzmunu.// Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 3
Bakı, 2009. İbtidai sinif şagirdlərinə riyaziyyatdan tətbiqi yaradıcılıq qabiliyyətlərinin aşılanması.// Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 4
Bakı, 2013. Riyaziyyat dərslərində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi.// Pedaqoji Universitet Xəbərləri. N 4
Bakı, 2014. İbtidai siniflərdə mətnli məsələlərin rolu.// Pedaqoji Universitet Xəbərləri. N 2
Bakı, 2015. Mətnli məsələlər və sadə məsələlərin həlli metodikası.// Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N 1
Bakı, 2015. Mürəkkəb məsələlər və həlli metodikası.//Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N 3
Bakı, 2016. Şagirdlərin fəaliyyətinin alt standartların reallaşmasını hədəfləyən harmoniyası.// Fizika, riyaziyyat və informatika tədrisi. N 3
Bakı, 2019. Ümumtəhsilin keyfiyyətinin idarəolunmasının bəzi aspektləri barədə.// Azərbaycan Respublikasının Təhsil İnstitutu Elmi Əsərlər. cild 86, N1

"KARYERA MƏRKƏZİ" ŞÖBƏSİ
“Karyera mərkəzi” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq esilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” nın icrası məqsədi lə təsdiq olunmuş “Fəaliyyət Planı” na müvafiq təhsil qanunvericilik aktlarına “Ali (orta ixtisas) təhsil müəsisələri məzun və karyera şöbələrinin təşkili”nə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2008-ci il tarixdə təsdiq edilmiş 221 nömrəli qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə məktublarına, filialın “2019-2023-cü illər üzrə Strateji İnkişaf Planı”na uyğun olaraq filialın Nizamnaməsinin tələbələri gözlənilməklə yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd tələbələrin filialda keyfiyyətli təhsil almasını, onların intellektual və mədəni inkişafını, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı məşğulluq problemlərinin həll edilməsi üzrə informasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, tələbə və məzunların əmək bazarına adaptasiya olunmaqda, öz ixtisasları üzrə uğurlu karyera qurulmasına dəstək olmaq, onları İş Dünyasına hazırlamaq, Filial-İş Dünyası əlaqələrini formalaşdırmaq və inkişaf etdirmək, Şəki filialının çoxsaylı məzunları ilə əlaqə saxlamaqdan ibarətdir. “Karyera mərkəzi” müxtəlif fəaliyyətləri ilə fərdin özünü tanımasına, iş dünyasına hazırlanmasına və iş həyatının hər pilləsində uğur əldə etməsinə istiqamət verir. Mərkəzin fəaliyyəti Filial-İş Dünyası əlaqələrini formalaşması və inkişafı baxımından əhəmiyyətlidir.

Karyera mərkəzində iki mütəxəssis bir operator çalışır.
Mütəxəssis:    Rüstəmova Məlahət Məmmədemin qızı
Mütəxəssis:    Şəmmədova Samirə Xanlar qızı
Operator:       Əsədova Aysel Fərman qızı

.

Abdurahmanova Gülnarə Qurbanəli qızıABDURAHMANOVA GÜLNARƏ QURBANƏLİ QIZI

Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT

11 iyun 1961-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuş, 1978-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmiş, 1978-ci ildə Ç.İldırım adına AZPİ-nin, indiki ATU-nun "Avtomatika və Hesablama Texnikası" fakültəsinin "Elektron hesablama apparaturalarının konstruksiyası və istehsalı" ixtisasına qəbul olmuş, 1983-cü ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. Ailəlidir, 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

Ali təhsil illəri:1978 -1983, 2000-ci ildən AMİ-nin Şəki filialının “Təbiət elmləri və tədrisi metodikası” kafedrasında baş müəllim, 2016-cı ildən ADPU-nun Şəki filialının “Təbiət fənləri və onların tədrisi metodikası” kafedrasında baş müəllim

ƏMƏK FƏALİYYƏTİ

1983-1985-ci illər AMEA Kibernetika institunun Konstruktor şöbəsində konstruktor;
1985-1993-cü illər Az.Su Tikinti və Meliorasiya şirkətinin Şəki bölməsində İnformasiya və hesablama mərkəzində operator, laborant;
1993-2000–ci illər Bakı Dövlət Universitetinin Şəki filialında baş laborant, müəllim;
2000-2008-cu illər AMİ-nin Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasında baş müəllim;
2016-cı ildən ADPU-nun Şəki filialının “Təbiət fənləri və tədrisi metodikası” kafedrasında baş müəllim;
2008-ci ilin dekabr ayından 2015-ci ilin dekabr ayınadək AMİ-nin Şəki filialında Kompüter mərkəzinin müdiri.
2016-cı ilin yanvar ayından ADPU-nun Şəki filialında Kompüter mərkəzinin müdiri.
2021-ci ilin oktyabr ayından ADPU-nun Şəki filialında İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri

TƏDRİS ETDİYİ FƏNLƏR

İnformatikanın nəzəri əsasları,Proqramlaşdırma dilləri

ELMİ MƏQALƏLƏR VƏ TEZİSLƏR

9 elmi məqalə. 2 tezis

iNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ŞÖBƏSİ    (KOMPÜTER MƏRKƏZİ)

Kompüter mərkəzi 1 dekabr 2008-ci il tarixdə AMİ-nin Şəki filialı direktorluğunun 02/96 əmri ilə yaradılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 28 oktyabr 2021-ci il tarixdə 03/57 əmr ilə Kompüter mərkəzinin işçiləri İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin işçiləri hesab edildi
Mərkəzin əsas məqsədi ADPU-nun Şəki filialında müasir informasiya texnologiyalarının istifadəsi ilə tədris prosesini və təhsilin idarə olunmasını təmin etməkdir.
Mərkəz filialda bakalavr ixtisaslarında müxtəlif dərslərin kompüterlə tədris edilməsini təşkil edir və onlara nəzarət edir. "İnformatika və təhsildə İKT", “İnformatika”, “İnformatikanın tədrisi metodikası”, “EHM-in arxitekturası”, "Kompüter şəbəkələri, internet və multimediya vasitələri" və s. fənlər bu mərkəzə məxsus kompüter zalında tədris olunur.
Mərkəzdə səs, video və digər multimediya texnologiyalarından və elektron məzmunlu proqram təminatından istifadə edilir. Mərkəz ADSL internet xəttinə qoşulmuşdur, hal-hazırda 3 intenet paketinin ADSL xidmətindən yararlanır(8 mbit/san və 2 mbit/san).
Mərkəzdə 5 kompüter otağı fəaliyyət göstərir. Kompüter otaqları yüksək konfiqurasiyalı 60 ədəd kompüterlə təchiz edilib. Eyni zamanda filialın bütün struktur bölmələrində kompüterlər yerləşdirilib və səmərəli fəaliyyət göstərir. Filialda kompüterlərin ümumi sayı 113 ədəddir. Mərkəzdə 15 ədəd proyektor, 3 ədəd elektron lövhə var və onlar həm tədris üçün həm də müxtəlif tədbirlərdə xüsusi təqdimatların göstərilməsi üçün istifadə edilir.
.
Mərkəzin 7 işçisi vardır:

CƏBRAYILZADƏ ELMİR ELŞƏN OĞLU

Anadan olduğu yer: Şəki şəhəri 
Təvəllüdü: 03.07.2001
Bitirdiyi ali təhsil müəssisəsi:Azərbaycan Texnologiya Universiteti
Pedaqoji fəaliyyəti: ADPU Şəki filialının İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin mütəxəssisi
Əsas iş yeri və ünvanı: ADPU Şəki filialı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 305
Vəzifəsi: Mütəxəssis
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


QAFFARLI SVETA TAHİR QIZI

Anadan olduğu yer: Şəki şəhəri
Təvəllüdü: 26.05.2000
Bitirdiyi ali təhsil müəssisəsi: ADPU Şəki filialı
Pedaqoji fəaliyyəti: ADPU Şəki filialının İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin operatoru
Əsas iş yeri və ünvanı: ADPU Şəki filialı Şəki şəhəri, Çexov küçəsi ev 76
Vəzifəsi: Operator
E-mail: s.qaffarlıThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

CABBAROVA NƏZAKƏT HƏTƏM QIZI

Anadan olduğu yer: Şəki şəhəri
Təvəllüdü: 09.01.1963
Bitirdiyi ali təhsil müəssisəsi: Şəki Pedaqoji Texnikumu
Pedaqoji fəaliyyəti: ADPU Şəki filialının İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin operatoru
Əsas iş yeri və ünvanı: ADPU Şəki filialı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 305
Vəzifəsi: Operator
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

SƏRKƏROVA AYTƏN NƏSİB QIZI

Anadan olduğu yer: Şəki şəhəri
Təvəllüdü: 24.03.1989
Bitirdiyi ali təhsil müəssisəsi: Azərbaycan Kooperasiya Universiteti
Pedaqoji fəaliyyəti: ADPU Şəki filialının İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin operatoru
Əsas iş yeri və ünvanı: ADPU Şəki filialı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 305
Vəzifəsi: Operator
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

RƏSULZADƏ GÜNAY FİKRƏT QIZI

Anadan olduğu yer: Şəki şəhəri
Təvəllüdü: 04.02.1994
Bitirdiyi ali təhsil müəssisəsi: Şəki Pedaqoji Kollegi
Pedaqoji fəaliyyəti: ADPU Şəki filialının İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin operatoru
Əsas iş yeri və ünvanı: ADPU Şəki filialı Şəki şəhəri, R.əsulzadə küçəsi 305
Vəzifəsi: Operator
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

SALAMOVA RƏNA SEYRAN QIZI

Anadan olduğu yer: Şəki şəhəri
Təvəllüdü: 13.11.1971
Bitirdiyi ali təhsil müəssisəsi: Şəki Texnoloji Texnikum
Pedaqoji fəaliyyəti: ADPU Şəki filialının İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin operatoru
Əsas iş yeri və ünvanı: ADPU Şəki filialı Şəki şəhəri, M.Ə.Rəsulzadə, 301
Vəzifəsi: Operator
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ABUBƏKİROV ARAZ MƏMMƏD OĞLU
Xidmət şöbəsinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1979- cu ildə Şəki şəhərində anadan olub.
1985-ci ildə Şəki 9 saylı orta məktəbdə təhsil almışdır.
1996-cı ildə Bakı Asiya Universitetinə qəbul olunub, 2000-ci ildə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişdir.
2000-2001-ci illərdə Hərbi xidmətdə olmuşdur.

ƏMƏK FƏALİYYƏTİ

2001-ci ildə Azəraqrartikinti ASC-nin Şəki ixtisasquraşdırma filialında işləmiş
2008-ci ildən 2020-ci ilədək Azəraqrartikinti filialında rəis müavini işləmişdir.
2020-ci ildən ADPU-nin Şəki filialında xidmət şöbəsinin müdiri .

XİDMƏT ŞÖBƏSİ

Xidmət şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının struktur bölmələrindən biridir.Şöbəyə direktor tərəfindən təyin olunmuş şöbə müdiri rəhbərlik edir.Şöbə müdiri tərəfindən iş planı tərtib edilir və direktor tərəfindən təsdiq olunur.Xidmət şöbəsi inventar və avadanlıqların alınması üşün filialın ehtiyacını öyrənir,müəyyən olunmuş qaydada avadanlıqların,mal materialların verilməsini təşkil edir.
Yanğından mühafizə ,sanitar-texniki və əməyin mühafizəsi qaydalarına,texniki istismar normalarına uyğun olaraq filialın inzibati binasından lazımi səviyyədə istifadə olunmasını təmin edən təşkilati və texniki tədbirlər planı işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.Filialın inzibati binasının həyətində və ətrafında təmizlik və abadlıq işlərini təşkil edir.
“Mülki Müdafiə” haqqında Azərbaycan Respublikası qanunu ilə və “Mülki Müdafiənin təmin edilməsi barədə” Nazirlər Kabinetinin qanuni müdafiə tələblərinə uyğun olaraq filialın işçilərinə sülh və müharibə dövründəki fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi məqsədilə MM üzrə hazırlıq işlərini planlaşdırır və konkret olaraq bu məqsədlə müvafiq tədbir və sənədlərin hazırlığını təmin edir. Xidmət şöbəsində 30 işçi var.

 

Adişirinova Almas Mustafa qızıADIŞİRİNOVA ALMAS MUSTAFA QIZI
Kabinet müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1949-cu ildə Şəki şəhərində anadan olub. 1956-1966-cı illərdə Şəki şəhər Nizami adına 7 saylı orta məktəbdə, 1969-1971-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji məktəbində, 1973-1978-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Pedaqojika və psixologiya fakültəsində təhsil almışdır. 1983-cü ildən 2000-ci ilədək Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun Şəki filialında metodist işləmişdir. 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında metodist işləyib. 2009-2015-ci illərdə AMİ-nin Şəki filialının Kredit sistemi və tələbə nailiiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri vəzifələrində çalışmışdır. 2015-ci ildən indiyədək ADPU-nun Şəki filialında Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri işləyir. Ailəlidir, üç övladı var.

TƏHSİLİ

1978-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Məktəbəqədər Pedaqogika və psixologiya fakültəsini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1971-ci ildə Şəki şəhər 1saylı uşaq bağçasında tərbiyəçi,
1980-cı ildə Şəki şəhər 1 saylı uşaq bağçasında metodist,
1983-cü ildə Azərbaycan MMTİ-nin Şəki filialında metodist,
2000-ci ildə Azərbaycan Mİ-nin Şəki filialında metodist,
2009-cu ildə Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinə müdir təyin olunmuşdur.
2009-2015-ci illərdə AMİ-nin Şəki filialının Kredit sistemi və tələbə nailiiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri vəzifələrində çalışmışdır.
2015-ci ildən indiyədək ADPU-nun Şəki filialında Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri işləyir.

TƏDRİS ETDİYİ FƏNLƏR

Məktəbəqədər pedaqogika, Ətrafaləmlə tanışlığın metodikası, S/f. Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi, Məktəb təliminə hazırlığın əsasları.

SEÇİLMİŞ ƏSƏRLƏRİ VƏ ELMİ-METODİK MƏQALƏLƏRİ

1. “Ictimai həyat hadisələri ilə tanışlığın təşkili”- “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı,Bakı 1988 N:4 səh.53-56
2. "Məktəbəqədər müəssisədə ətraf aləmlə tanışlıq üzrə işin sistemi" - "Məktəbəqədər və ibtidai təhsil" jurnalı, Bakı 2011. N2 səh.31-36
3. "Məktəbəqədər təhsildə tərbiyəçi - uşaq münasibətləri"- Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" məcmuəsi, Bakı 2011. N4 səh: 204-208
4. “Məktəbəqədər müəssisələrdə ətraf aləmlə tanışlıq prosesində nitq inkişafının reallaşdırılması reallaşdırılması imkanları”. “Məktəbəqədər və ibtidai təhsil” jurnalı. 2012. № 2 Səh:33-40
5. “Məkt'bəqədər təhsilin təşkilinə verilən verilən tələblər”. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” 2012. №4 səh 190-195
6. “Məktəbəqədər təhsilin yeniləşdirilməsi prosesi" Azərbaycan Respublikası təhsil problemləri institutu. Elmi konfransı 28 iyun 2012
7. “Məktəbəqədər təhsilin təşkilinə yeni yanaşma” AMİ II beynəlxalq konfrans 26 noyabr 2012
8. "Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsində fəal təlim metodlarının praktik imkanları" AMİ III beynəlxalq konfrans. 22-24 may, 2014
9. Məktəbəqədər yaşlı uşaqların təbiətlə tanışlığının təşkili təcrübəsindən" - Məktəbəqədər və ibtidai təhsil jurnalı. Bakı. 2015, №4, səh. 45-49

“KREDİT SİSTEMİ VƏ TƏLƏBƏ NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ” KABİNETİ

Baloniya prosesinə gedilən yol 1998-ci ilin mayında Fransanın Paris şəhərində 4 Avropa ölkəsisnin - Böyük Britaniya,Almaniya,İtaliya və Fransanın təhsil nazirləri Sorbonna Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır. Sorbonna Bəyannaməsini imzalamış 4 nazir xarici təhsilalanların mobilliyinin,məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaranmasını dəstəkləmişdir.1999-cu ilin iyun ayında 30 Avropa ölkəsinin təhsil nazirləri İtaliyanın Baloniya şəhərində Ümumavropa ali təhsil müəssisələrinin gələcək inkişaf tendensiyaların rəsmi sənədinin təsdiqləməsi üşün hazır olduqlarını bildirmiş və rəsmi sənəd imzalamışdır.Bu da Baloniya prosesi kimi tarixə daxil olmuşdur.
Avropa məkanında bu proses intensiv şəkildə gedir və 2010-cu ilədək həmin prosesə bütün Avropa ölkələrinin qoşulması gözlənilir.Ümumiyyətlə,bu günədək Avropa regionunda ali təhsil sistemi inkişaf etmiş və Avropa Şurasına üzv olan 46 ölkədən 45-i Boloniya prosesinə rəsmi şəkildə qoşulmuşdur.
Azərbaycan bu prosesə qoşulmaq üçün ilk addımlarını 2004-cü ildə atmışdır.Belə ki, 17-18 may 2004-cü il tarixlərində Avropa Şurasının Baş Direktorluğunun (Strasburq şəhəri) təşəbbüsü ilə keçirilmiş Qafqaz ölkələri təhsil nazirlərinin konfransinda xüsusi Bəyannamə qəbul olunmuş və hımin rəsmi sənədə Azərbaycan Respublikasının təhsil naziri də öz imzasını atmışdır.
2005- ci il may ayının 19-dа Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Boloniya prosesinin həqiqi üzvü seçilmişdir.
Baloniya deklorasiyasının əsas müddəaları aşağıdakılardır.
İkipilləli ali təhsil sisteminin tətbiqi;
Kredit sisteminin tətbiqi;
Təhsilin keyfiyyətinə nəzarət;
Mobilliyin genişləndirilməsi;
Dərəcələrin taninması;
Məzunların işə düzəlməsinin təmin olunması;
Avropa təhsil sisteminə cəlb olunmanın təminatı;
Təhsilin sosial yönümlüyünün təmin edilməsi (ömür boyu təhsil) AMİ-nin Şəki filialında “Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi” kabineti təsdiq olunmuş struktura görə 02/68 nömrəli 15.09.2008-ci il tarixli əmrə əsasən fəaliyyətə başlamışdır.Kabinet struktur bölmələrdən biri olub,AMİ-nin Nizamnaməsi və “Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi” kabinetinin əsasnaməsi ilə müəyyənləşdirilmiş funksiyalari yerinə yetirir.Kabinetdə müdir, 2 metodist, 1operator, 2 lobarant ,3tyutor fəaliyyət göstərir.

Müdir: Adışirinova Almas Mustafa qızı

Metodistlər:
Məhərrəmova Amalya Şirəli qızı

Mütəxəssis:
Abdulsəlimli İbrahim Məmmədrəhim oğlu
Şirəliyeva Sevil Əhməd qızı
Şəmmətova Samirə Xanlar qızı

Operator:
Məmmədova Sevinc Əli qızı
Əsədova Aysel Fərman qızı
Osmanova Gültən Heydər qızı

Lobarant:
Əşrəfli Rəvanə Elman qızı

Kredit kabinetinin əsasnaməsi





001002003
fondeduadpubir

VKkj