Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında, Karyera mərkəzinin dəstəyi ilə tələbələr arasında Xocalı soyqırımına həsr olunmuş inşa müsabiqəsinə yekun vurulub. Müsabiqəyə 17 nəfər tələbə inşa yazısını təqdim edib. Təqdim olunmuş işlərə Təşkilat Komitəsi tərəfindən baxış keçirilib. Komissiya üzvlərinin yekdil qərarına əsasən, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Şahzadə Alıyeva, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Elvina Qurbanova - I, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Reyhan Hacıyeva, “Məktəbəqədər təhsil” ixtisasının II tədris ili tələbəsi Elvira Əlləzova - II, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Aysu Mehtizadə, “Məktəbəqədər təhsil” ixtisasının I tədris ili tələbəsi Arzu Əlizadə III- yerlərə layiq görülüblər. Qaliblərin I, II, III dərəcəli diplomlarla təltif olunması nəzərdə tutulub.