- Details
- Dərc edilib: 27 Fevral 2025
- Oxunma sayı: 51
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında, Karyera mərkəzinin dəstəyi ilə tələbələr arasında Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqədə tələbələrin təqdim etdiyi 40-dan çox rəsm işi nümayiş olunub. Təqdim olunmuş rəsm işlərinə Təşkilat Komitəsi tərəfindən baxış keçirilib. Komissiya üzvlərinin yekdil qərarına əsasən, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının I tədris ili tələbəsi Nərgiz Musayeva - I, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Nərmin Qədirova - II, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Şahzadə Zamanova - III, “Məktəbəqədər təhsil” ixtisasının III tədris ili tələbəsi Aynur Süleymanova və “Tarix müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Məleykə Həsənli - həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblərin I, II, III dərəcəli və həvəsləndirici diplomlarla təltif olunması nəzərdə tutulub.