- Details
- Dərc edilib: 12 İyul 2024
- Oxunma sayı: 2087
11 iyul 2024-cü il tarixdə ADPU-nun Şəki filialının növbəti, yekun Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 31 nəfər Elmi Şura üzvündən 27 nəfəri iştirak edib.
Elmi Şuranın sədri, tarix üzrə fəlsəfə doktoru, dosent V.R. Məmmədov Elmi Şuranın gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şura gündəlikdə duran üç məsələni müzakirə edib. “Filialda 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının və buraxılışın nəticələri haqqında ” adlı birinci məsələ ilə bağlı Elmi Şura üzvlərinə filialın Tədris işləri üzrə direktor müavini dosent G.A. Abdullayeva məlumat verib. Dosent G. A. Abdullayevanın məlumatında semestr ərzində tədrisin təşkili və gedişi, imtahan sessiyasına hazırlığın vəziyyəti, ayrı-ayrı ixtisaslar üzrə alınmış imtahan nəticələri bütün parametrlər üzrə Elmi Şura üzvlərinin diqqətinə çatdırılaraq tədrislə bağlı yaranmış problemlər və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Tədris işləri üzrə direktor müavini müzakirə edilən məsələ ilə bağlı verilmiş sualları hərtərəfli cavablandırıb. “Filialın 2023-2024-cü tədris ili üzrə illik hesabatı və yeni dərs ilində qarşıda duran vəzifələr” adlı ikinci məsələ haqqında filialın direktoru dosen V.R. Məmmədov məlumat verib. Filialın direktoru dosent V.R. Məmmədov filialda tədris ili üzrə görülmüş elmi-təşkilati və elmi-pedaqoji işləri hərtərəfli təhlil edərək tədrisin daha da yaxşılaşdırılması üçün optimallaşdırma məsələlərindən, aparılacaq islahatlardan danışaraq ADPU – nun Rektorluğu tərəfindən qarşıya qoyulmuş vəzifələrin həlli yollarını diqqətə çatdırıb. Gündəlikdə duran “Bölmə və struktur rəhbərlərinin illik hesabatları” adlı üçüncü məsələ ilə bağlı filialın elmi işlər üzrə direktor müavini, dosent N.Z.Çələbiyev və filialın struktur bölmə rəhbərləri hesabat verib.
Elmi Şura gündəlikdə duran cari mələləri də müzakirə edərək müvafiq qərarlar qəbul edib.
Elmi Şura iclası işgüzar şəraitdə başa çatıb, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.