- Details
- Dərc edilib: 31 İyul 2024
- Oxunma sayı: 1910
İyulun 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsi tərəfindən 2024-cü ilin II yarımilində təhsil müəssisələrinin və təhsil proqramlarının həyata keçiriləcək akkreditasiya qiymətləndirilməsi prosesinə hazırlıq çərçivəsində modul təlimlərini müvəffəqiyyətlə başa vurmuş ekspertlərin bu sahədə praktiki səriştələrinin artırılması məqsədilə təlim təşkil edilib.
Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov akkreditasiya prosesinin cəmiyyətimiz üçün faydaları, təhsil müəssisələrinin və təhsil proqramlarının müəyyənləşdirilmiş standartlara uyğunluğunun yoxlanılması haqqında məlumat verərək, akkreditasiya prosesində hesabatlılığın, təhsil müəssisələrinin akkreditasiyasının qiymətləndirmə nəticələri əsasında hazırlanmış yekun hesabatın, hesabatda əksini tapan tövsiyə və göstərişlərin əhəmiyyətini nəzərə çatdırıb.
O, həmçinin təlimlərin simulyasiya formasında keçirilməsinin ekspertlərin fərdi səriştələrinin üzə çıxmasında mühüm rol oynadığını vurğulayıb.
Təşkil edilən təlimə müxtəlif ali təhsil müəsissələrindən 9 ekspert cəlb olunub. Həmin ekspertlər sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva və İnsan resursları və ümumi şöbənin müdiri Gülnar Kərimova da iştirak ediblər.
Ekspertlər iki komanda olmaqla, şərti komissiya və ATM nümayəndələri rollarında çıxış ediblər.
Təlim uğurla başa çatıb və ekspertlərin qiymətləndirilməsi həyata keçirilib.
Qeyd edək ki, namizədlərin qiymətləndirilməsi komandada işləmək, ünsiyyət, akademik yazı və təhlil bacarıqları kimi meyarlar əsasında aparılıb.