FEYZULLAYEVA SƏADƏT TEYFUQ QIZI
Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi

QISA BIOQRAFİK MƏLUMAT

26.02.1972 – ci ildə Şəki şəhərində anadan olmuşdur. 1989-cu ildə Şəki şəhər 11 saylı orta məktəbi fərqlənmə, 1995-ci ildə N.Nusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya–kimya müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1996-ci ildən ADU-nun Şəki filialında əmək fəaliyyətinə laborant olaraq başlamış, 1997-cı ildən müəllim kimi fəaliyyətini davam etdirmişdir. 2001-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya köçmüş və 2003-cü ilə kimi Bakı şəhəri Y.Kovalyov adına 229 saylı məktəbdə müəllim olaraq işləmişdir. 2003-cü ildən AMİ-nin Şəki filialında Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasında müəllim, 2009-cu ildən isə baş müəllim olaraq çalışır. 2014-cü ildən APU-nun Şəki flialının Tələbə Elmi Cəmiyyətinin sədridir.
Ailəlidir. Əri Ə.T.Feyzullayev (0.02.1968) Şəki şəhər Alyans Tibb klinikasında kardioloq .
İki övladı var. Oğlu İ.Ə Feyzullayev ADPU-nun Beynəlxalq əlaqələr fakültəsi, regionşünaslıq ( Böyük Britaniya) ixtisası üzrə magistratura təhsili alıb.. qızı T.Ə Feyzullayeva hazırda İtaliyanın Ca-Faskari universitetində magistratura təhsilini davam etdirir

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ
1996-cı ildə Bakı Dövlət Universitetinin Şəki filialında laborant
1997-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim
2001-ci ildən Bakı şəhər Y.Kavalyov adına 229 saylı məktəbdə müəllim
2003-ci ildən AMİ-nin Şəki filialında müəllim
2009- ci ildən AMİ-nin Şəki filialında baş müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR
Həyat bilgisi və onun tədrisi metodikası,Ətraf aləmlə tanışlığın metodikası,Uşağın anatomiyasl,fiziologiyası və gigiyenası,Ekologiya və təbiətin mühafizəsi.

TƏDQIQAT SAHƏSİ
“Kişçay” hövzəsinin selləri
Ümumi təhsil Kurikulumunun əsasları və kurilulumun “Həyat bilgisi” fənninin tədrisində tədbiqi

BEYNƏLXALQ SEMİNARLAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1.Kişçay hövzəsində sellərə qarşı mübarizə tədbirləri. Aspirantların və tədqiqatçıların XIII respublika elmi konfransının materialları, Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı, 2009.
2.Fitomelorativ tədbirlərin təşkili davamlı inkişafın ayrılmaz hissəsi kimi. Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri. Beynəlxalq konfrans.. Azərbaycan Universiteti.Bakı, 2011
3.Sellərin idarə olunmasında Baş Planın yaradılmasının vacibliyi. Doktarantların və gənc tədqiqatçıların XVI Respublika Konfransı.I cild. Bakı, 2012.
4.Qlobal ekoloji problemlərdə antropogen amilin rolu (meşəsizləşdirmə timsalında ). II Azərbaycan Elm Festifalı. Şəki, 2016.
5.Erkən nigah və onun yaratdıqları problemlər. Ailə-məişət zoqakılıqları davamlı insan inkişafının sosioneqativ təzahürlərindən biri kimi. Elmi-praktik konfrans. ADPU-nun Şəki filialı,3 mart, 2021
7.Mühazirələrin təşkilinə verilən tələblər. Vebinar.ADPU – nun Şəki filialı, 22 yanvar,2021 –ci il.
8.Tələbə Elmi Cəmiyyətinin Elmi - Metodik konfransı.Tələbə elmi tədqiqat işlərinin müzakirəsi.Tələbə elmi tədqiqat işlərinə verilən tələblər.Vebinar. Şəki, ADPU – nun Şəki filialı, 30 yanvar, 2021 –ci il.
9.Ulu öndər Heydər Əliyevin anadan olmasının il dönümlərinə həsr olunmuş və . ADPU-nun Şəki filialında keçirilən 2006-2021 - ci illəri əhatə edən 14 Tələbə Elmi Konfransları
10.Kişçay hövzəsinin ekoloji vəziyyətinin qiymətləndirilməsi və yaxşılaşdırılması yolları. Davamlı inkişaf strategiyası: qlobal trendlər, beynəlxalq təcrübələr və milli hədəflər. Beynəlxalq konfrans. Mingəçevir Dövlət Universiteti. 8 dekabr 2021 –ci il.

DƏRS VƏ METODIK VƏSAİTLƏRİ
1.“Ətraf mühit amillərinin sağlamlığa təsiri”.İPFS-B11.Seçmə fənn üzrə proqram.İxtisas: 050120-“Məktəbəqədər təlim və tərbiyə”. Bakı. 2018.Azərbaycan Milli Elmlər Akademiyasının Mətbəəsi. 24 s.
2.”Ekologiya və təbiətin mühafizəsi “.Seçmə fənn üzrə proqram. Bakı.2018.Azərbaycan Milli Elmlər Akademiyasının Mətbəəsi.0501118-“İbtidai sinif müəllimliyi “ Bakı.2018. 26 s.

SƏADƏT TEYFUQ QIZI FEYZULLAYEVANIN ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
1.Regional ekocoğrafi şərait və onun yaxşılaşdırılması yolları. Azərbaycanda müasir coğrafi tədqiqatlar mövzusunda Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XI cild, Bakı, 2007, s.164-171.
2.Gənclərə əbədi örnək. Труды Географического Общества Азербайджана, XIII том, Экспериментальные природнo - разрушительные явления и создаваемые ими экогеографическое проблемы. Baky, 2008, c.554-558.
3.Kişçay hövzəsində sellərə qarşı mübarizə tədbirləri. Aspirantların və tədqiqatçıların XIII respublika elmi konfransının materialları, Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı, 2009, s.362-263.
4.Антропогенная деградация горных лесов бассейна реки Кишчай. Актуальные проблемы гуманитарных и естественных наук. Журнал научных публикаций. Mockвa, 2009, c.2219-222.
5.Geomorfoloji amilin sellərin yaranmasına təsiri. XXI əsrin ekoloji çağırışları və Azərbaycan. Bakı Dövlət Universiteti Bakı, 2011, s.111-120
6.Sellərin idarə olunması. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XVI cild. Azərbaycan landşaftlarının optimallaşdırılması, səmərəli təşkili və davamlı inkişafın müasir problemləri. №5. Bakı, 2011, s.235-237.
7.Динамика селевых явлений в бассейне Кишчай. Наука и современность-2011. Сборник материалов XII Международной научно-практической конференции. Часть 1. Новосибирск, 2011, c.55-61
8.Влияние климатического фактора образование селевого потока. Российская академия наук. Высшая аттестационная комиссия Межрегиональный совет по науке и технологиям. Фундаментальные и прикладные проблемы науки. Том 3. Материалы VI симпозиума. Москва, 2011, c.122-129
9.Ekoloji indiqatorlar sel fəaliyyətinin indiqatorları kimi. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XVI cild. Azərbaycan landşaftlarının optimallaşdırılması, səmərəli təşkili və davamlı inkişafın müasir problemləri. Bakı, 2011, s.256-265.
10.Fitomelorativ tədbirlərin təşkili davamlı inkişafın ayrılmaz hissəsi kimi. Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri. Beynəlxalq konfransın materialı. Azərbaycan Universiteti. Bakı, 2011, s.415-418.
11.Sellərin idarə olunmasında Baş Planın yaradılmasının vacibliyi. Doktarantların və gənc tədqiqatçıların XVI Respublika Konfransının materialları I cild. Bakı, 2012, s.84-88.
12.Kişçay hövzəsində ekzomorfogenez proseslərin dinamikası. AMEA-nın Xəbərləri, Coğrafiya İnstitutu. N 3. Bakı, 2012, s.55-58.
13.Təhsildə proqressiv innovasiyalar. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti. N 3. Bakı, 2014, s. 143-147
14.“Həyat bilgisi” fənninin tədrisində fəal tədris metodlarının tədbiqi. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti. N 2. Bakı, 2014,s. 274-279.
15.Təhsildə milli və bəşəri dəyərlərin vəhdəti prinsipi və onun təhsildə yeri. Humanitar elmlərin öyrənilməsi aktual probləmləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Universiteti, N2. Bakı, 2016
16.Sel təhlükəli ərazilərin dağlıq iandşaftının ekoloji gərginliyinin qiymətləndirilməsi. Pedaqoji Universitetin Xəbərləri. Riyaziyyat və təbiət seriyası. Bakı, 2017, C.65, №3 s.78=83.
17.Meşəsizləşdirmə - qlobal ekoloji problem kimi. Pedaqoji Universitetin xəbərləri Riyaziyyat və təbiət Elmləri seriyası. Bakı, 2019. C.67, №3.Səh.96-105.
18.Həyat bilgisi dərslərinin təşkilil və müşahidələrinin aparılması meyarları. Azərbaycan Respublikasının Təhsil İnstititu, N5, Bakı, 2021. S.108-113.
19.Mühazirə - ali məktəblərdə tədrisin əsas forması kimi. Slavyan Universitetinin xəbərləri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, N2., Bakı, 2021. S.181-185.

İŞTIRAK ETDIYI TƏLIMLƏR, ALDIĞI SERTIFIKATLAR
• Norvec humanitar Müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutu. Müasir təlim və tədris yardım Mərkəzi İyul, 2013. İnklüziv Təhsil üzrə Ali təhsil müəssisələri üçün hazırlanmış kurs. Uqurlu iştirakına görə sertifikat
• Azərbaycan Respublikası Təhsil Nazirliyi . Avropa İttifaqı. ADPU. UNİSEF, RİİB İnklüziv təhsil.Sertifikat
• Azərbaycan Respublikası Təhsil Nazirliyi. Mədət MMC avqust, 2014. Kurikulum. Bilik, bacarıq və səriştəsinə görə fərqləndiyi üçün. Sertifikat
• AMİ. UNİSEF unite for children may, 2015 . Sertifikat
• Azərbaycan Rspublikası Təhsil Nazirliyi . ADPU sentyabr, 2020. Distant təhsil və elektron platformalarından, resurslardan istifadə imkanları. Müvəffəqiyyətlə bitirdiynə görə sertifikat
• Azərbaycan Gənclər Fondu. Azərbaycan Gənc alim, doktorant və magistrlar cəmiyyəti noyabr, 2021. Təlimdə iştirakına görə Sertifikat
• Mingəçevir Dövlət Universiteti. Beynəlxalq konfrans. 8 dekabr, 2021. Kişçay hövzəsinin ekoloji vəziyyətinin qiymətləndirilməsi və yaxşılaşdırılması yolları. Davamlı inkişaf strategiyası: qlobal trendlər, beynəlxalq təcrübələr və milli hədəflər. Sertifikat