Məhərrəmov Tahir Məhərrəm oğlu –
Humanitar fənnlər kafedrasının baş müəllimi

QISA BİOQRAFİK MƏLUMAT
20.06.1956-ci ildə Şəki şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1973-cü ildə Şəki şəhər 19 saylı orta məktəbi, 1973-cü ildə Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən 2004-cü ilin noyabr ayının 19-dək Şəki şəhər Yerli Radio Verilişləri Redaksiyasında redaktor, “Şəki fəhləsi” qəzetində müxbir, Şəki şəhər XMŞ-də metodist, Şəki şəhər XDS İcraiyyə Komitəsində məsul katib, “Bilik” Cəmiyyəti, Şəki şəhər Təşkilati İdarə Heyətinin sədr müavini, Azərbaycan KP Şəki şəhər Komitəsində təlimatçı, Şəki şəhər İcra Hakimiyyəti Aparatında məsləhətçi və baş məsləhətçi vəzifələrində işləmişdir.
2005-ci ilin fevral ayının 1-dən AMİ-nin Şəki filialında əvvəlcə laborant, metodist vəzifələrində işləmişdir. Hazırda ADPU-nun Şəki filailının Humanitar fənlər kafedrasının baş müəllimi vəzifəsində çalışır.
1990-1995-ci illərdə Şəki şəhər XDS-nin deputatı seçilmişdir.
Ailəlidir. 2 övladı var.
Həyat yoldaşı – Məhərrəmova Billur Ramiz qızı Şəki Regional Perenetal Mərkəzdə tibb bacısı işləyir.
Oğlu – Məhərrəmov Qorxmaz Tahir oğlu Şəki şəhərH.Əliyev Mərkəzində baş fond mühafizəsi vəzifəsində işləyir. Subaydır.
Qızı – Nəsibova Ülviyyə Tahir qızı Şəki şəhər 5 saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləyir. Ailəlidir. 2 qızı var.
T.M. Məhərrəmov bitərəfdir. Ehtiyyatda olan baş leytenantdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Baş müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR
“Avropa və Amerika ölkələrinin yeni tarixi”, “Ən yeni tarix”,
“Multikulturalizmə giriş”
TƏLTİFLƏRİ
Şəki şəhər İcra Hakimiyyəti başçısının, 2 dəfə ADPU-nun Şəki filialı direktorunun, Respublika Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri Fərmanları ilə təltif edilmişdir. 2021-ci ildə Respublika Həmkarlar İttifaqı Konfederasiyasının 100 illiyi ilə əlaqədar təsis edilmiş döş nişanı ilə təltif olunmuşdur.

BEYNƏLXALQ SEMİNARLAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1. “H.Əliyev irsi və Azərbaycan təhsilinin inkişafında Ulu Öndərin rolu”. Bakı, Slavyan Universiteti, VIII Beynəlxalq konfrans. 2017, səh. 320-322.
2. “I dünya müharibəsindən sonra beynəlxalq münasibətlər və Azərbaycana qarşı iddialar” - II Azərbaycan Elm festivalı. 31 oktyabr – 05 noyabr 2016-cı il.
3. “Azərbaycan Multikultural həyat tərzi və etnik dəyərlər məkanıdır”. 17-18 may 2017-ci il. Şamaxı, Azərbaycan s.413-416.
4. “XX əsrin əvvəllərində yaradılmış erməni terror təşkilatları və onların türk-müsəlman əhalisinə qarşı soyqırımı əməllərində iştirakı məsələləri”. Azərbaycan xalq Cumhuriyyətinin 100- illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans. Bakı, 2008 . may, səh. 739-741.
5. “Dünya azərbaycanlılarının həmrəylik ideyasının təşəbbüskarı H.Əliyev”. Dünya azərbaycanlıları: Tarix və müasirlik. Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş II Respublika Elmi Konfransı. Bakı, 21-22 dekabr, 2017, səh. 38-42.
6. “Şuşa bəyannaməsinin türk dünyasının siyasi-iqtisadi qalxınmasında rolu. Beynəlxalq elmi konfrans. Mingəçevir. 10-11 dekabr, 2021. Səh.576-577.
7. “Ulu öndər Heydər Əliyev Türk dünyasının vahid lideri kimi” . ADPU-100. Türkdilli xalqların elmi-mədəni əlaqələri müasir mərhələdə. Tarixi ənənə və perspektivlər. Bakı, 29-30 oktyabr 2021-ci il. səh.81-84.

NƏŞR OLUNMUŞ ELMİ MƏQALƏLERİN SİYAHISI
1.“Şəki sənətkarlığı”. AMİ-nin “Xəbərlər”i. (elmi-metodik jurnal). N1, 2010-cu il. Səh.15-19.
2.“Erkən orta əsrlərdə Qərbi Azərbaycanda və Azərbaycanda mədəniyyətin inkişaf səviyyəsi”. AMİ-nin “Xəbərlər”i. (elmi-metodiki jurnal). N3, 2011. Səh.63-66

İŞTİRAK ETDİYİ TƏLİMLƏR, ALDIĞI SERTİFİKATLAR
1.“Şəki Məktəbəqədər Təhsil Müəssisələrində İnklüzif təhsilin inkişafı” layihəsinin Ali Təhsil komponenti çərçivəsində “İnklüzif Təhsil üzrə Ali təhsil müəssisələri üçün hazırlanmış kurs” təlimdə uğurlu iştirakına görə. SERTİFİKAT. Iyul, 2013. Şəki
2.Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə 21023 may 2018-ci il tarixlərdə Bakı Dövlət Universitetində təşkil olunmuş “Azərbaycan Xalq Cumhuriyyəti - 100: Müsəlman Şərqində İlk Parlamentli Respublika” adlı Beynəlxalq elmi konfransda etdiyi məruzəyə görə SERTİFİKAT.