22 yanvar 2021-ci ildə filialın professor-müəllim heyətinin iştirakı ilə növbəti vebinar keçirilib. Microsoft Teams platforması ilə təşkil olunan vebinarda filialın 80-dən çox əməkdaşı iştirak edib. Vebinarı giriş sözü ilə filialın direktoru, r.ü.e.d., dos. Rafiq Rasulov açaraq, vebinarın təşkil olunmasının məqsədi ilə bağlı məlumat verib. Sonra tədris işləri üzrə direktor müavini, dos. Gülarə Abdullayeva çıxış edərək, filialda tədris prosesinin təşkili vəziyyətindən söz açıb, onlayn qaydada təşkil olunan dərslərin gedişi vəziyyəti haqda məlumat verib. Dos.G.Abdullayeva bildirib ki, filialın Elmi Şurasının 08 dekabr tarixli iclasında da tədris prosesinin kredit sistemi əsasında təşkili vəziyyəti haqqında məsələ müzakirə edilərkən filialın akkreditasiyası zamanı verilən tövsiyələrdən birinin yerinə yetirilməsi istiqamətində müzakirələr zamanı qərar qəbul edilib və həmin qərara əsasən professor-müəllim heyətinin mühazirələrinin monitorinqini keçirmək və tədris kompetensiyalarının səviyyəsini artırmaq məqsədilə kurslar təşkil edilməsinin zəruriliyi vurğulanıb. Bu məsələnin icrasına nail olmaq məqsədilə filialın Elmi Şurasının 08 dekabr 2021-ci il tarixli iclasının qərarı ilə yaradılmış komissiya kafedralarda əməkdaşların elektron mühazirələrinin mövcudluğu vəziyyətini araşdırıb. Müəyyənləşdirilib ki, kafedralarda mühazirələrin elektron variantı hər bir fənn üzrə mövcud olsa da, müəyən nöqsanlar nəzərə çarpır. Belə ki, onların hazırlanması və tərtibində vahid bir qaydaya istinad edilmir. Natiq bu vebinarın da əsas məqsədinin gənc müəllimlərə bu istiqamətdə müəyyən tövsiyələrin verilməsi, metodiki köməkliyin göstərilməsi olduğunu bildirib.
Sonra filialın Təbiət fənləri kafedrasının müdiri, prof. Firədun İbrahimov hazırladığı slaydları nümayiş etdirməklə, gənc müəllimlərə bu məsələ ilə bağlı fikir və mülahizələrini çatdırıb.
Filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri, dos. Sədrəddin Bədiyev, müəllim Vüsalə Həsənova öz fikirlərini iştirakçılarla bölüşərək, yeni təhsil proqramlarındakı məzmun dəyişikliyi və bu səbəbdən fənn proqramlarının məzmununa yeni baxışın zəruriliyi barədə söhbət açıblar. Vebinar diskussiya şəklində davam edib.
Sonda direktor çıxış edən əməkdaşlara təşəkkürünü bildirib.





001002003
fondeduadpubir

VKkj