2024-cü ilin fevral ayının 16-da ADPU-nun Şəki filialında IV və V tədris ili tələbələrin istehsalat (pedaqoji) təcrübə və pedaqoji internatura ilə bağlı konfransı keçirilib. Konfransda təcrübəyə təhkim edilmiş təcrübə rəhbərləri, metodistlər, pedaqoqlar, psixoloqlar, əməkdaş baza təhsil müəssisələrinin nümayəndələri və təcrübəyə buraxılan tələbələr iştirak ediblər.
Filialın direktoru vəzifəsini icra edən dos.Nuralı Çələbiyev tədbiri giriş sözü ilə açaraq pedaqoji təcrübə və pedaqoji internaturanın mahiyyəti, gözlənilən nəticələr, yeni müəyyənləşdirilmiş qaydalar haqqında geniş məlumat verərək tələbələrə uğurlar arzulayıb.
Filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tarix ü.f.d Vüsal Baxışov tədbir iştirakçılarını salamlayaraq müəyyənləşdirilmiş yeni qaydaların müasir çağırışlara cavab verə biləcək səviyyədə istehsalat təcrübələrinin keçirilməsini təmin etmək məqsədilə hazırlandığını bildirib. O, tövsiyə edib ki, tələbələr təkcə dərs dinləmə və sınaq dərslərinin təşkili ilə deyil, paralel olaraq, məktəb idarəçiliyi ilə daha yaxından tanış olsunlar. Eyni zamanda kafedra müdirləri və dekanların da sınaq dərslərində iştiraklarının vacibliyini qeyd edən Vüsal Baxışov tələbələrə sinifdənxaric tədbirlərin təşkilində iştirak etməyin vacib olduğunu bildirib.
Filialın “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, professor Firədun İbrahimov çıxış edərək, istehsalat (pedaqoji) təcrübə və pedaqoji internaturanın tələbə həyatının ən maraqlı dönəmlərindən biri olduğunu qeyd edib, onların bu fürsətdən yararlanaraq ali təhsil illərində əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmək sahəsində bacarıq və vərdişlər əldə etməyi tövsiyə edib. Bunu onların gələcək peşəkarlıq səviyyələrinin artmasına səbəb olmaqla karyera yüksəlişində vacib faktorlardan biri olduğunu bildirib.
Daha sonra Filologiya fakültəsinin dekanı dos. Ulduz Mürşüdova, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev çıxış edərək tələbələrə öz tövsiyələrini bildirib və uğurlar arzulayıblar.
Konfransın sonunda İstehsalat təcrübə rəhbəri Asudə Bədəlova istehsalat (pedaqoji) təcrübə və pedaqoji internaturanın keçirilmə qaydaları, qiymətləndirmə üsul və meyarları, tələbələrin hazırlamalı olduqları hesabatlar və digər sənədlər haqqında geniş təqdimatla çıxış edib.
Konfransın sonunda tələbələrin məktəblər üzrə bölgüsü əsasında onlara təhkim olunmuş rəhbərlər elan edilib və tələbələr təhkim olunduqları təhsil müəssisələrinə göndəriliblər.





001002003
fondeduadpubir

VKkj