- Details
- Dərc edilib: 18 Mart 2025
- Oxunma sayı: 60
Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Dövlət müstəqilliyi və suverenliyimizin bərpası şərəf tariximizdir” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə filialın direktoru dosent Vurğun Məmmədov açıb və qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və suverenlik ili” elan edilib. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində ümumilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edən natiq ötən 33 ildən artıq bir dövrdə ölkəmizdə həyata keçirilmiş konstitusiya və institusional islahatlardan bəhs edib. Sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi sükutla yad edilib.
Konfransda elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev “Milli müstəqilliyin və dövlət suverenliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri”, tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva “Heydər Əliyevin ideya-nəzəri irsində milli dil mənəvi dəyərlərin təşəkkülü və inkişafı amili kimi”, Humanitar fənlər kafedrasının baş müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru İbrahim Abdusəlimli “Müstəqillik illərində Azərbaycanda ali təhsil islahatları və Bolonya Bəyannaməsi”, həmin kafedranın müəllimi Natiq Salamov “Müstəqil Azərbaycanda Konstitusiya yaradıcılığının tarixi inkişaf yolu” mövzularında çıxış ediblər.
Konfrans dos.Vurğun Məmmədovun yekun sözü ilə başa çatıb.