- Details
- Dərc edilib: 17 Mart 2025
- Oxunma sayı: 106
Martın 14-də Şəki şəhər 25 saylı uşaq bağçasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Səadət Feyzullayevanın təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar maarifləndirici - təlimati seminar təşkil olunub. Seminarda filialın “Məktəbəqədər təhsil” ixtisasının tələbələri fəal təlim metodları ilə hazırlanmış məşğələ təqdim ediblər. Onlar məşgələni öyrədici və hərəki oyunlardan istifadə edərək keçiblər. Məşğələdən sonra uşaq bağçasının müdiri Gülnaz Bahəddinova, tərbiyəçi - müəllimlər Türkan Əhmədova Gülnarə İsmayılova, Aynur Abdullayeva öz təcrübələrini tələbələrlə bölüşərək onları ləvazimatların hazırlanması metodikası ilə tanış ediblər. Sonda filialın tələbələri uşaqlara bayram hədiyyələri təqdim ediblər.