Şəkidə fəaliyyət göstərən tələbə təşkilatları arasında Müstəqillik Günü münasibətilə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilib. Yarış Şəki şəhəri üzrə gənclər və idman sektoru və Şəki İntellektual Gənclər Klubunun təşkilatçılığı üzrə təşkil olunub. Yarışda müxtəlif təşkilatların könüllülərindən və gənclərdən ibarət 8 komanda iştirak edib. Həmin komandalar arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələrindən ibarət “Rəsulzadəçilər” komandası da olub. Gərgin keçən yarışın nəticələrinə əsasən, “ASAN xidmət” mərkəzini təmsil edən “Goodfelas” komandası birinci, ADPU-nun Şəki filialının “Rəsulzadəçilər” komandası ikinci, Şəki Tibb Kollecinin “Epifiz” komandası üçüncü yerə sahib olub. Qalib komandalar Şəki şəhəri üzrə gənclər və idman sektorunun diplomları ilə mükafatlandırılıblar.