ADPU-nun Şəki filialının “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının məzunu Elcan Səlimlinin növbəti uğurunu sizinlə paylaşırıq.Elcan Səlimli ingilis dili müəllimlərinin işə qəbulu üzrə keçirilən imtahanda iştirak edərək 91,25 bal toplayıb.
Xatırladaq ki, bu imtahana heç bir hazırlıq keçmədən qatılan Elcan orta məktəbi qızıl medalla bitirib, filialımıza 660,6 balla qəbul olub, ali təhsili “əla” qiymətlərlə başa vurub. Ali məktəbdə “Gələcəyin müəllimi” təqaüdü ilə təhsil alan Elcan 96 balla Xəzər Universitetinin magistraturasına “Dilşünaslıq (tədris ingilis dilində)” ixtisasına qəbul olunub. Artıq magistraturada 1 tədris ilini “əla” qiymətlərlə başa vurub.Sərbəst dil öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş “123 dərsdə ərəb dili” adlı kitabın müəllifidir.