- Details
- Dərc edilib: 13 May 2024
- Oxunma sayı: 3535
ADPU-nun Şəki filialında Məktəbəqədər təhsil – 2101 qrupunda “Ümumelmi fənlər” kafedrasının baş müəllimi, əməkdar müəllim Sevil İbrahimovanın “Əmək və onun tədrisi metodikası” fənnindən açıq dərsi keçirilib. Müəllim dərsi qruplarla, interaktiv üsulla tədris edib. Müəllim PP slaydlardan istifadə etməklə kağız və kartonun alınma üsulları, kağızın yaranma tarixi, kağızın insan həyatındakı rolu və məktəbəqədər yaşlı uşaqlarla kağızdan hansı məmulatları hazırlamaq lazım gəldiyini və hazırlanma texnologiyası haqqında müəyyən istiqamət verib. Tələbələr də öz növbəsində tədqiqat işi aparmaqla verilən tapşırıqları həm nəzəri, həm də praktik olaraq yerinə yetiriblər. Tələbələr kağızdan və kartondan müəyyən məmulatlar hazırlayarkən həm texniki təhlükəsizlik qaydalarına əməl edib, həm də əşyaların hazırlanma ardıcıllığına riayət ediblər. Təqdimat yüksək səviyyədə keçib və tələbələr müəyyən meyarlara əsasən qiymətləndirilib. Müəllim dərsin sonunda yaradıcı tətbiqetmədə auksion üsulundan istifadə edib. Müəllim “Kağız və elektron dünyası arasındakı münasibətlər” adlı müzakirə sualını ortaya qoydu və sonda tələbələrdən maraqlı fikirlər almağa müvəffəq oldu. Dərsdə filialın direktoru dos.V.Məmmədov, Ümumelmi fənlər kafedrasının müdiri S.Bədiyev və müəllimlər iştirak edib.