- Details
- Dərc edilib: 15 May 2024
- Oxunma sayı: 3558
ADPU-nun Şəki filialının dosenti Nuralı Çələbiyev 14 may 2024-cü il tarixdə aldığı dəvət əsasında ADU-nun psixologiya kafedrasının təşkilatçılığı ilə keçirilmiş “Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinin cari problemləri və perspektiv vəzifələri” mövzusunda dəyirmi masadakı müzakirələrdə fəal iştirak edib.
Dəyirmi masada Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə kadr hazırlayan BDU-nun, ADPU-nun, BSU-nun, Təhsil İnstitutunun tanınmış psixoloq alimləri, doktorant və magistrlər, Bakı şəhərindəki ümumtəhsil məktəblərinin psixoloqlarından bir qrupu iştirak edib.
Açıq fikir mübadiləsi şəraitində keçən müzakirələrdə respublikanın təhsil müəssisələrində çalışan məktəb psixoloqlarının qarşılaşdığı problemlər, bu ixtisas üzrə kadr hazırlığı sahəsində mövcud problemlər təhlil olunub, Tədris proqramlarının yeniləşdirilməsi zərurəti vurğulanıb, faydalı təkliflərin gələcəkdə nəzərə alınmasının vacibliyi qeyd olunub.