- Details
- Dərc edilib: 25 May 2024
- Oxunma sayı: 2819
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) təşkil etdiyi “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” adlı müsabiqəyə yekun vurulub. Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı tələbələri aşkar edərək, onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaq olub.
Müsabiqədə universitet və onun filiallarından olan 448 nəfər tələbə iştirak edib. İştirakçılar arasında filialımızın tələbəsi Hülya Qədirli də olub. O, mübarizəni davam etdirərək digər 135 tələbə ilə yarımfinal mərhələsinə qədər uğurla iştirak etsə də, finala keçə bilməyib. Hülya Qədirli müsabiqədə uğurlu iştirakına görə Sertifikatla təltif olunub.