- Details
- Dərc edilib: 31 Oktyabr 2024
- Oxunma sayı: 488
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının rəhbərliyi və bir qrup əməkdaşı ölkəmizin ərazi bütövlüyünün təmin olunması və işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Nicat İmamverdiyevin ailəsini ziyarət ediblər. Şəhidin anası Çimnaz İmamverdiyeva Nicatın keçdiyi döyüş yolundan və təltiflərindən danışıb. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında, müharibədə qazandığımız qələbədə şəhidlərin rolu danılmazdır və xalqımız daim onların adını uca tutacaq, xatirəsini hər zaman yad edəcəkdir. Ç.İmamverdiyeva şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə başçısına razılığını bildirib və qonaqlara ziyarətə görə təşəkkür edib.