- Details
- Dərc edilib: 16 Oktyabr 2024
- Oxunma sayı: 1337
Oktyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşları ilə tələbələrin görüşü keçirilib. Maarifləndirmə xarakteri daşıyan görüşdə filialın direktoru dos.Vurğun Məmmədov, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova, şöbənin mütəxəssisi Leyla Rəhimova, ADPU-nun Şəki filialında TTKF üzrə məsul şəxşlər baş müəllim Mehriban Kərimova, Nigar Qaffarlı, Səmra Rəsulova-Süleymanova və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın direktoru dos.Vurğun Məmmədov açaraq, gənclərin təhsilə əlçatanlığını təmin etmək üçün dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb. Natiq qeyd edib ki, son illər ölkəmizdə həyata keçirilən bir sıra layihələr insan kapitalının formalaşmasına yönəlməklə yanaşı, gənclərin hərtərəfli inkişafı, uğurlu təhsili və təhsildə rəqabət mühitinin formalaşmasını hədəfləyir. TTKF-nin yaradılması gənclərin təhsili prosesində yaranan sosial problemlərin aradan qaldırılmasına münbit şərait yaradır. Natiq təhsil alan 51000-dən çox gəncin tələbə təhsil kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixdən etibarən bu fonda müraciət etdiklərini, onlardan 39000-dən çoxunun təhsil xərclərinin ödənilməsi ilə bağlı aldıği dəstək haqqında məlumat verib və buna görə fonda öz razılığını bildirib. Sonra TTKF-nin nümayəndəsi baş mütəxəssis Günay Xəlilova fondun yaradılmasının məqsədi haqqında ətraflı məlumat verib və tələbələrə yaradılan bu imkandan istifadə qaydalarını əhatəli şəkildə izah edib. Fondun mütəxəssisi Leyla Rəhimova TTKF-nin gələcək layihələrindən bəhs edib. Sonra filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək, tələbələrə göstərdiyi dəstəyə görə fonda təşəkkürunü bildirib və filialın fondun imkanlarından yararlanan tələbələri haqqında məlumat verib. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda filialın direktoru dos. Vurğun Məmmədov TTKF-nin əməkdaşlarına maarifləndirici tədbirə görə təşəkkürünü bildirib.