- Details
- Dərc edilib: 23 Oktyabr 2024
- Oxunma sayı: 776
23 oktyabr 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında (ADPU-nun Şəki filialı) 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edilməsi ilə əlaqədar tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq “COP 29: Qlobal iqlim dəyişkənliyi və uyğunlaşma imkanları” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda filialın rəhbərliyi, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının əməkdaşları və “Tarix və coğrafiya müəllimliyi” ixtisasının tələbələri iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, XX əsrin ortalarından Yer planetində başlayan ekoloji problemlər get-gedə kəskinləşərək hazırda böhranlı həddə çatıb. Bunların sırasında Yer səthində temperaturun orta illik normadan 0,70 yeksək olması, atmosferin və su mənbələrinin çirklənməsi, içməli su qıtlığı, meşə fondlarının azalması və s.əsas yer tutur. BMT və digər beynəlxalq təşkilatlar problemdən çıxış yolları axtarır, ayrı-ayrı beynəlxalq platformalarda müzakirələr keçirirlər.
2024-cü ilin noyabr ayının ikinci on günlüyündə Bakıda keçiriləcək “COP-29” adlandırılan İqlim Konfransı belə tədbirlərdən biri olacaqdır. Elmi seminarda filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva mövzu ilə bağlı geniş təqdimatla çıxış edib, qlobal, regional və lokal ekoloji problemlərdən çıxış yolları ilə bağlı öz mülahizə və təkliflərini iştirakçılarla bölüşüb.
Seminar işgüzar müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.