- Details
- Dərc edilib: 04 Oktyabr 2024
- Oxunma sayı: 1530
Oktyabrın 02-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) təşkilatçılığı ilə tədris ilinin ilk maarifləndirici, psixoloji seminarı təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanova və birliyin üzvləri iştirak ediblər. “Münasibətlərdə asılılıq” mövzusuna həsr olunmuş seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Fatimə Mustafazadənin təqdimatında münasibətlərdə asılılığa səbəb olan amillər, sevgi əskikliyindən irəli gələn qeyri-sağlam münasibət haqqında geniş məlumat verilib. Seminar iştirakçıları öz ətraflarında müşahidə etdikləri asılı, qeyri-sağlam münasibətlərlə bağlı fikirlərini bölüşüblər. Mövzu maraqlı fikir mübadiləsinə səbəb olub. Sonda GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanova mövzu ilə bağlı fikir və mülahzələrini seminar iştirakçılarının diqqətinə çatdırıb və təlimçi-tələbəyə dolğun, elmi faktlara əsaslanan araşdırmaların əks olunduğu təqdimata görə minnətdarlığını bildirib.