İBRAHIM MƏMMƏDRƏHIM OĞLU ABDULSƏLIMLI
Humanitar fənlər kafedrasının baş müəllimi

QISA BIOQRAFİK MƏLUMAT
1970 - ci il iyun ayının 23-də Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1977- ci ildə Şəki şəhər 14 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 1987-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1987-1988-ci illərdə Şəki şəhəri Barama toxumu zavodunda fəhlə, ekspeditor vəzifələrində işləmişdir.
1988-1990-cı illərdə keçmiş Sovet ordusunda xidmət etmişdir.
1990-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olub, 1996-cı ildə oranı “Sosioloq, sosiologiya müəllimi” ixtisası üzrə bitirmişdir.
1996-1997-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında Tədris şöbəsinin müdiri, dekan müavini və “Humanitar elmlər” kafedrasının müəllimi vəzifələrində çalışmışdır.
2001-ci ildən AMİ-nin Şəki filialında çalışır. Hazırda həmin filial ADPU-nun tabeliyindədir. 2001-2003 cü illərə AMİ- nin Şəki filialında “Tədris işləri üzrə baş inspektor” vəzifəsində işləmişdir. 2003-2009 cu illərdə AMİ- nin Şəki filialının “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabinetinin metdisti, 2009-2018 illərdə isə həmin kabinetin müdiri vəzifəsində işləmişdir. AMİ-nin Şəki filialında yenidənhazırlanma və ixtisasartırma kurslarında mühazirələr söyləmişdir.
2018-ci ildən ADPU-nun Şəki filialının “Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti”nin mütəxəssisidir.
ADPU-nun Şəki filialının “Humanitar fənlər kafedrası”nın baş müəllimidir, filialda “Sosiologiya” fənnindən mühazirə və seminar məşğələləri aparır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 nömrəli tam orta məktəbin “Məktəb televiziyası” layihəsinin Koordinatoru və Piar Meneceridir.
2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Sosiologiya” kafedrasının doktorantı olmuşdur. Dissertasiya işi “Azərbaycan təhsil sistemində keyfiyyətin təminatı problemlərinin təhlili” (ixtisas: 6312.01-“Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi”) adlanır. Dissertasiya Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının 05 dekabr 2012- ci il tarixli iclasında (4 saylı protokol) müzakirə olunaraq təsdiq olunmuşdur. Doktorantın elmi rəhbəri sosiologiya üzrə elmlər doktoru, professor Rəfail Musa oğlu Həsənov təyin edilmişdir.
İbrahim Abdulsəlimlinin təqdim etdiyi dissertasiya işi Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının 18 noyabr 2016-cı il tarixli (3 saylı protokol) geniş iclasında müzakirə olunaraq sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəyə tövsiyə edilmişdir.
29 noyabr 2021-ci il taxrixdə ADPU-nun şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının doktorantı Abdulsəlimli İbrahim Məmmədrəhim oğlu 6312.01-“Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi” ixtisasında sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan təhsil sistemində keyfiyyətin təminatı problemlərinin təhlili” mövzusunda dissertasiyasını AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun nəzdindəki BED 3.02 – Birdəfəlik Dissertasiya Şurasının üzvlərinin yekdil qərarı ilə uğurla müdafiə etmişdir.
Müəllifin dissertasiya işinin əsas məzmun və müddəalarına uyğun 1 monoqrafiya, 15 məqalə və tezisi, o cümlədən Azərbaycanda 11, xaricdə 4 elmi məqaləsi nəşr edilmişdir. Bundan başqa, İbrahim Abdulsəlimli Respublika və Beynəlxalq elmi konfranslarda iştirak etmiş, Azərbaycanda 7, xaricdə isə nəşr olunan 3 tezisin müəllifidir. Eləcə də o, bir sıra təlimlərdə, elmi seminarlarda və layihələrdə fəal iştirakına görə müxtəlif sertifikatlara layiq görülmüşdür.
Ehtiyatda olan zabitdir.
İki xarici dil bilir.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1990-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olub, 1996-cı ildə oranı “Sosioloq, sosiologiya müəllimi” ixtisası üzrə bitirmişdir.
2021-2022-ci ildə Sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

ƏMƏK FƏALİYYƏTİ
01.09.1987 03.06.1988 Şəki Barama toxumu zavodu
Ekspeditor Şəki şəhəri
23.06.1988 25.06.1990 Keçmiş Sovet ordusunda hərbi xidmət Moskva şəhəri
01.11.1990 11.07.1996 Bakı Dövlət Universiteti
Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi Bakı şəhəri
16.09.1996 06.091997 BDU- nun Şəki filialında
Tədris şöbəsinin müdiri, Dekan müavini Şəki şəhəri
01.10.2001 AMİ- nin Şəki filialında laborant Şəki şəhəri
01.10.2002 AMİ- nin Şəki filialında “Tədris işləri üzrə baş inspektor” Şəki şəhəri
01.12.2003 AMİ- nin Şəki filialının “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabinetinin metdisti Şəki şəhəri
01.09.2009-11.10.2017 AMİ-nin Şəki filialının “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş” kabinetinin müdiri Şəki şəhəri
11.10.2017 ADPU-nun Şəki filialının “KS və TNQ” kabinetinin mütəxəssisi Şəki şəhəri
15.09.2021 ADPU-nun Şəki filialının “Karyera mərkəzinin” mütəxəssisi Şəki şəhəri

TƏDRİS ETDİYİ FƏNLƏR
Sosiologiya

TƏDQIQAT SAHƏSİ
Azərbaycan təhsil sistemində keyfiyyətin təminatı problemlərinin təhlili

BEYNƏLXALQ SEMİNARLAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1.Azərbaycan təhsil sistemində keyfiyyətin təminatı problemlərinin təhlili Monoqrafiya Elm və təhsil
Bakı 2018 − 476000 işarə 238 s.
2.Azərbaycan: müasir gənclik və demokratiya Konfrans materialı Azərbaycan cəmiyyətinin müasir mərhələsində gənclərin əxlaqi tərbiyəsinin xüsusiyyətləri mövzusunda Respublika elmi konfransının materialları
Müəllim, Bakı 27 noyabr2008 − 12000 işarə s.47-51
3.İxtisas səviyyəsinin yüksəldilməsində dayaq məntəqlərinin rolu Konfrans materialı Müasir şəraitdə yaşlıların təhsili:problemlər və perspektivlər mövzusunda Respublika elmi konfransının materialları Müəllim, Bakı 30 aprel 2009 − 12000 işarə s. 92-97
4.İnsanın dünyagörüşündə qloballaşma Tezis Qloballaşma şəraitində humanitar elmlərin aktual problemləri mövzusunda Avrasiya Universiteti Bakı 15 mart 2011 − 6000 işarə s. 235-237
5.Həyatın strategiyası Tezis Doktorantların və gənc tədqiqatçıla-rın XV Respublika elmi konfransının materialları BDU, Bakı 9-10 dekab2011 II hissə 6000 işarə s. 82-84
6.Müasir şəraitdə ali təhsil sisteminin nəzəri-metodoloji problemləri Elmi məqalə Dirçəliş – XXI əsr jurnalı, Bakı 2013 № 180 16000 işarə s. 279-286
7.Heydər Əliyev milli təhsil sisteminin memarıdır Elmi məqalə ADPU-nun Pedaqoji xəbərləri, Bakı 2013 № 4 10000 işarə s. 173-176
8.İnklüziv təhsildə keyfiyyətin təminatı problemlərinin təhlili Tezis Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları mövzusunda elmi-praktik konfransın materialları AMİ, Bakı 2may 2014 − 6000 işarə s. 92-94
9.Müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsinə kompitent yanaşma Elmi məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri.Ali məktəblərarası elmi məqalələr məcmuəsi ADPU, Bakı 2015 № 1 12000 işarə s. 131-136
10.Социологический анализ проблем обеспечения качества в высшем образовании Konfrans materialı Science and Education a New Dimension.Budapest, Hungary 2015 III (7) Issue 42 10000 işarə p. 103-107
11.Проблема обеспечения качества в образовании Elmi məqalə Вектор науки ТГУ.Серия: Педагогика, психология Тольятти, Россия 2015 № 1 6000 işarə с. 11-13
12.Müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələsi Elmi məqalə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitunun Elmi əsərləri,Beynəlxaıq elmi-nəzəri jurnal AMEA Fəlsəfə İnstitutunun İnformasiya və Nəşriyyat şöbəsi, Bakı 2015 №1 (24) 14000 işarə s.118-124
13.XX əsrin əvvəllərində Azərbaycanda savadsızlığın aradan qaldırılması və təhsilin müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər (Azərbaycan Xalq Cümhuriyyəti dönəmində) Konfrans materialı Azәrbaycan Cümhuriyyәti-100: Müsəlman Şәrqindә ilk Parlamentli Respublika mövzusunda Azәrbaycan Xalq Cümhuriyyәtinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları.BDU, Bakı 21-23 may 2018 − 12000 işarə s. 659-664
14.Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycanda savadsızlığın aradan qaldırılması, təhsilin inkişafı və dünya təhsilinə inteqrasiya istiqamətində atılmış addımlar Konfrans materialı Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir mövzusunda Azәr-baycan Xalq Cümhuriyyәtinin 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları GDU, Gəncə 23-24 may 2018 − 16000 işarə s. 134-141
15.The problem of quality assurance in the higher education system of Azerbaijan Konfrans materialı Proceedings of the 2nd International Scientific and Practical Conference Hamburg,Germany January 26-28 2021 − 16000 işarə p. 281-288
16.Перспективы обеспечения качества в системе высшего образования азербайджана Konfrans materialı Proceedings of the 7th International Scientific and Practical Conference Tokyo, Japan February 6-8 2021 − 20000 işarə p.451-460

DƏRS VƏ METODIK VƏSAİTLƏRİ
Azərbaycan təhsil sistemində keyfiyyətin təminatı problemlərinin təhlili Monoqrafiya Elm və təhsil
Bakı 2018 − 476000 işarə 238 s.

İŞTIRAK ETDIYI TƏLIMLƏR, ALDIĞI SERTIFIKATLAR
•Norvec humanitar Müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutu. Müasir təlim və tədris yardım Mərkəzi İyul, 2013. İnklüziv Təhsil üzrə Ali təhsil müəssisələri üçün hazırlanmış kurs. Uqurlu iştirakına görə sertifikat
•Azərbaycan Respublikası Təhsil Nazirliyi . Avropa İttifaqı. ADPU. UNİSEF, RİİB İnklüziv təhsil. Sertifikat
•Azərbaycan Respublikası Təhsil Nazirliyi. Mədət MMC avqust, 2014. Kurikulum. Bilik, bacarıq və səriştəsinə görə fərqləndiyi üçün. Sertifikat
•AMİ. UNİSEF unite for children may, 2015 . Sertifikat
•Azərbaycan Rspublikası Təhsil Nazirliyi . ADPU sentyabr, 2020.Distant təhsil və elektron platformalarından, resurslardan istifadə imkanları. Müvəffəqiyyətlə bitirdiynə görə sertifikat
•Azərbaycan Gənclər Fondu. Azərbaycan Gənc alim, doktorant və magistrlar cəmiyyəti noyabr, 2021.Təlimdə iştirakına görə Sertifikat

Qrant layihələrdə iştirakı
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsi layihəsinin qalibi Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 nömrəli tam orta məktəbin “Məktəb televiziyası” layihəsinin koordinatoru və PR meneceri,