QISA BİOQRAFİK MƏLUMAT

Sevinc Akif qızı Əliyeva 1986-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1992-2003-cü illərdə Şəki şəhər Nizami adına 7 saylı orta məktəbdə, 2003-2007 –ci illərdə AMİ-nin Şəki filialının “Xarici dil (ingilis dili)” fakültəsində təhsil almışdır. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin magistraturasının “Xarici ölkə xalqlarının ədəbiyyatı (ingilis ədəbiyyatı)” fakültəsinə qiyabi olaraq qəbul olmuş, 2010-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Dünya ədəbiyyatı və komparativistika” şöbəsinin fəlsəfə doktorluğu hazırlığı üzrə dissertantıdır.
2007-ci ilin sentyabrından Şəki şəhər 14 saylı orta məktəbdə ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, 2010-cu ildə AMİ-nin Şəki filialına ingilis dili müəllimi kimi işə qəbul olunmuşdur. 2015-ci ildə AMİ və onun filialları ADPU-ya qoşulduqdan sonra ADPU-nun Şəki filialında əmək fəaliyyətini davam etdirir. 2017-ci ildən etibarən filialın “Dillər və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimidir.
Sevinc Akif qızı Əliyeva 29 dekabr 2021-ci ildə ADPU-nun 100 illik yubileyi münasibətilə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2007-ci ildə AMİ-nin Şəki filialının “Xarici dil (ingilis dili)” fakültəsini, 2010-cu ildə ADU-nun magistraturasının “Xarici ölkə xalqlarının ədəbiyyatı (ingilis ədəbiyyatı)” fakültəsi bitirib. 2019-cu ildən bəri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Dünya ədəbiyyatı və komparativistika” şöbəsinin fəlsəfə doktorluğu hazırlığı üzrə dissertantıdır.

ƏMƏK FƏALİYYƏTİ

2007-ci ildə Şəki şəhər 14 saylı orta məktəbdə ingilis dili müəllimi,
2010-cu ildə AMİ-nin Şəki filialının “Dillər” kafedrasının ingilis dili müəllimi,
2017-ci ildən ADPU-nun Şəki filialının “Dillər və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi təyin olunub.

TƏDQİQAT SAHƏSİ

İngilis ədəbiyyatı

TƏDRİS ETDİYİ FƏNLƏR

İxtisas ölkəsinin ədəbiyyatı, İngilis dili bacarıqları, İxtisas dilinin kommunikativ qrammatikası, Müasir ingilis dili, Dilçiliyə giriş.

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.Vilyam Şekspir sonetlərin işığında. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı, №4, BSU, 2011. s. 107-111
2.Harold Pinter dramaturgiyası kontekstində absurd teatr. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı, №4, BSU, 2012. s. 107-111
3.İngilis ədəbiyyatı fənnindən mühazirə dərslərinin təşkili yolları. ADU, Elmi xəbərlər jurnalı, №4, Bakı, 2014. s. 398-403
4.Teodor Drayzer yaradıcılığında “azadlıq” və “özgələşmə” konsepsiyası ekzistensializmin təzahürü kimi. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı, №2, BSU, 2015. s. 96-100
5.Qloballaşma prosesində təhslin milli, bəşəri dəyərlər əsasında təşkili. ADU-nun Elmi xəbərlər jurnalı, №2, Bakı, 2016. s. 332-337
6.Bernard Şou və onun intellektual dramları. “Dil və ədəbiyyat” jurnalı, VIII cild, №4, Bakı, 2017. s. 88-91
7.Ceyms Coysun “Sənətkarın gənclik portreti” romanında baş qəhrəmanın mənəvi inkişaf mərhələləri. “Filologiya və sənətşünaslıq” jurnalı, №1, Bakı, 2020. s. 183-188
8."Dublinlilər" hekayələr toplusu və bu əsərin Ceyms Coys yaradıcılığında yeri. Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Avropa və Asiya: tarix, mədəniyyət və qarşılıqlı əməkdaşlıq” mövzusunda VI Beynəlxalq elmi konfrans materialları toplusu, Qars, Türkiyə, 25-26 avqust, 2020. s. 90-95
9.Ceyms Coys yaradıcılığının şah əsəri "Ulis" romanı modernizm ədəbi cərəyanının təzahürü kimi. N.Gəncəvinin anadan olmasinim 880 illik yubileyinə həsr olunmuş "Elm və təhsil: bu gün və sabah" adlı X Beynəlxalq elmi-praktik konfrans materialları toplusu, Stokholm, İsveç, 23 yanvar, 2021. s. 95-100
10.Ceyms Coysun yaradıcılığı kontekstində modernizm ədəbi cərəyanı. “Filologiya məsələləri” jurnalı №7, Bakı, 2021. s. 331-342
11.Xarici dildə oxu vərdişlərinin aşılanması üsulları. "Xarici dillərin tədrisinin aktual problemləri" Respublika elmi-praktik konfransı materialları toplusu, Bakı, 23 dekabr, 2021. s. 32-33
12.Elçinin “Ağ dəvə “ romanında modernizm ədəbi cərəyanının izləri.(Ceyms Coysun yaradıcılığı ilə müqayisəli təhlil əsasında). “Filologiya məsələləri” jurnalı №3, Bakı, 2022. s. 268-281
13.Qloballaşma şəraitində xarici dil bacarıqları dillərin və mədəniyyətlərin dialoqunda həlledici amil kimi. “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” V Beynəlxalq elmi konfransının materialları, Bakı, 28 aprel, 2022. s. 265-266
14.Ceyms Coys yaradıcılığında ekzistensializmin izləri. Bakı Avrasiya Universiteti Türkoloji Araşdırmalar Mərkəzi, “Müstəqil Azərbaycan: gercəklik işığında”, 25-26 may, 2022. s. 123-128
15.Traces of modernism in Anar’s Works based on a Comparative Analysis with James Joyce’s Creativity. The 3rd International Conference on the Philosophy of Language, Literature and Linguistics. ICPL 2022. Book of Abstracts, Baku, December 3, 2022. s. 52
16.İkinci dil öyrənənlərə dinləyib-anlama vərdişlərinin aşılanması məqsədilə tədris prosesində istifadə edilən fəaliyyət növləri. “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: Reallıqlar və çağırışlar” beynəlxalq elmi konfransın materialları, I cild, Mingəçevir, 16-17 dekabr 2022. s. 707-709
17.Pedaqoji kadr hazırlığı prosesində mühazirə və seminar məşğələlərinin təşkilinə müasir yanaşmalar. “Müasir mərhələdə müəllim hazırlığının aktual məsələləri: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın materialları, II hissə (Tezislər), Naxçıvan, 15-16 dekabr 2022. s.310-312
18.Elçinin “Ölüm hökmü” romanında modernizm ədəbi cərəyanın izləri (Ceyms Coysun yaradıcılığı ilə müqayisəli təhlil əsasında). “Heydər Əliyev və Azərbaycanın davamlı inkişaf strategiyası: Müasirləşmədə yeni təmayüllər” adlı XXXVII Beynəlxalq Elmi Simpozium, Əskişəhər, Türkiyə, Şəki, Azərbaycan, 29 aprel 2023. s. 137-141
PROQRAMLAR
1.Seçmə fənn: Bədii tərcümə (Xarici dil müəllimliyi-ingilis dili ixtisası üçün fənn proqramı), Şəki, 2016.

SERTİFİKATLAR

1.2015, 13 avqust - “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurrikulumlarının tətbiqi”
2.2017, 22 sentyabr - Task Based Learning, European Union
3.2019, yanvar - Language and Background to Language Learning and Teaching, TKT Module 1 certificate (Band 3)
4.2019, March 2 - 1st Annual Cambridge Day Conference. Azerbaijan Teacher Development Centre. Azerbaijan. Certificate.
5.2019, March 18 – English Teacher Workshop U.S. Department of State. Certificate.
6.2019, aprel - UNİCEF və RİİB tərəfindən həyata keçirilən layihələr çərçivəsində inkluziv təhsil üzrə təlim, sertifikat
7.2019, iyun - Communicative Approach to Language Teaching and Student-Centered Methodology, certificate
8.2019, iyun- Lesson Planning and Use of Resources for Language Teaching, TKT Module 2 certificate (Band 4)
9.2020, avqust- the 6th International Science Confrence "Europe and Asia: history, culture and mutual cooperation"
10.2020, sentyabr- Distant təhsil və elektron tədris platformalarından, resurslardan istifadə imkanları üzrə təlim, sertifikat
11.2021, iyun- Academic Writing: Professional Development Course Series Certificate of Participation
12.2021, 23 yanvar- The X International Scientific Symposium dedicated to the 880th anniversary of Nizami Ganjavi “Science and Education: Yesterday, Today, Tomorrow”, certificate
13.2022, 23 fevral - ”Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği”, sertifikat
14.2022, 22-25 mart- TESSOL 2022 International Convention and English Language Expo, certificate
15.2022, 5 may- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Region Müəllimlərinin Təhsil Zirvəsi"ndə iştiraka görə sertifikat
16.2022, 25-26 may- 28 May Müstəqillik günü münasibətilə "Müstəqil Azərbaycan: gerçəklik işığında" Respublika konfransında iştiraka görə sertifikat
17.2022, 13 iyun- Virtual Professional Development Course Series Certificate of Participation.
18.2022, 2-3 dekabr- Certificate for participation in the 3rd International Conference on the Philosophy of Language and Literature ICPL 2022
19.2022, 15-16 dekabr- Certificate for participation in the Nakhchivan International Scientific Conference on “Actual Issues of Teacher Training in the Modern Stage: Achievements and Challenges”
20.2022, 16-17 dekabr- Certificate for participation in the International Conference “Educational and Scientific Activity in a New Time: Realities and Challenges”
21.2023, 28 yanvar- Classroom Managament Using Project-based Instruction, certificate
22.2023, 28 yanvar- Technology in the Low-Tech Classroom, certificate
23.2023, 29 aprel- Certificate for participation in the XXXVII International Scientific Symposium “Haydar Aliyev and Development Strategy of Azerbaijan: New Trends in Modernisation”