QISA BİOQRAFİK MƏLUMAT

Laləzar Cəfərova 1993 cü ildə Şəki şəhərində anadan olub. 2000-2011 ci illərdə Şəki şəhəri 20 saylı orta məktəbdə, 2011 - 2014 ci illərdə Şəki Pedaqoji Kollecində ibtidai sinif müəllimliyi ixtisası üzrə, 2014-2018 ci illərdə ADPU nun Şəki filialının “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə, 2018 - 2020 ci illərdə BDU də Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə magistr təhsili almışdır. 2020 - ci ildə ADPU nin Şəki filialında tyutor vəzifəsildə işə başlamış daha sonra 2021 ci ildə həmin müəsisədə psixologiya müəllimi olaraq fəallıyətini davam etdirir.Ailəlidir iki övladı var.

TƏHSİLİ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2014 cü ildə Şəki Pedaqoji Kollecinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə subbakalv dərəcəsini ,
2018 ci ildə ADPU nun Şəki filialının “Təxsildə sosial psixoloji xidmət” ixtsisasının bakalavr
dərəcəsini, 2020 ci ildə BDU nin “təxsildə sosial psixoloji xidmət” ixisasinin magistr dərəcəsini
almışdı.

ƏMƏK FƏALİYYƏTİ

2020 ci ildə ADPU nun Şəki filialında tyutor
2021 ci ildə ADPU nun Şəki filialında psixologiya müəllimi vəzifəsinə təyin olunub.

TƏDQİQAT SAHƏSİ

Psixologiya

TƏDRİS ETDİYİ FƏNLƏR

Ümumi psixologiya, Məhdud imkanlı uşaqların psixologiyası, Qrup və fəaliyyət psixologiyası.

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1. Təlimdə geriqalma dövrümüzün aktual problemi kimi.Sosial və humanitar elmlərin müasir problemləri buraxılış 24,2019 II hissə səh 65-71
2. Təlimdə geriqalmanın profilaktikası və aradan qaldırılması yolları. Sosial və humanitar elmlərin müasir problemləri buraxılış 25,2020 II hissə səh 56-60
3. Xüsusi qayğıya ehtiyaci olan uşaqlarla təlim prosesində psixoloji xüsusiyyətlərin nəzərə alınması. Sosial və humanitar elmlərin müasir problemləri buraxılış 30,2022 II hissə səh 231-235

PROQRAMLAR

1.Seşmə fənn: Qrup və fəaliyyət psixologiyası.Bakı 2023 (həmmüəllif pedaqogika üzrə fəlsəfə doktoru N.Z. Çələbiyev)