QISA BİOQRAFİK MƏLUMAT
Aygün Musayeva 1988-ci ildə Şəki şəhərində anadan olub. 1995-2006-ci illərdə Şəki şəhərində 11 nömrəli tam orta məktəbdə, 2007-2011-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda Pedaqogika və Psixologiya ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikasi və metodikasi” ixtisasi üzrə magistr təhsili alıb.2013-cü ildən 2015-ci ilə qədər Şəki Pedaqoji Kollecində müəllim, 2014-cü ildən-2015-ci ilə qədər Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim, 2015-ci ildən AMİ və onun filialları ADPU-ya qoşulduqdan sonra 2020-ci ilə qədər ADPU-nin Şəki filialında müəllim, 2020-ci ildən ADPU-nin Şəki filialında baş müəllim olaraq fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2007-2011-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda bakalavr, 2011-2013-cü illərdə ADPU-də magistr təhsilini bitirib .

ƏMƏK FƏALİYYƏTİ

2013-2015-ci illərdə Şəki Pedaqoji Kollecində müəllim,
2014-2020-ci ilə qədər ADPU-nun Şəki filialında müəllim,
2020-ci ildən ADPU-nun Şəki filialında baş müəllim vəzifəsinə təyin olunub.

TƏDQİQAT SAHƏSİ

Psixologiya

TƏDRİS ETDİYİ FƏNLƏR

Eksperimental psixologiya, İdarəetmə və menecment psixologiyası, Uşaq psixologiyası, Təhsildə psixoloji xidmət və praktikum, Şəxsiyyət və fəaliyyət psixologiyası, Sosial psixologiya

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.Qloballaşma və təhsil. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ADPU-nun Pedaqoji fakultə əməkdaşlarının elmi-praktik konfransının materialları. “Elm və təhsil” , Bakı- 2013. Səh. 220-223.
2.Müasir təhsilin aktual problemləri. Magistrların ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII elmi konfransının materialları. Bakı-ADPU-2013. Səh.557-553.
3.Qloballaşma dövründə Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi problemləri. Magistrların ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII elmi konfransının materialları. Bakı-ADPU- 2013. Səh. 558
4.Müasir təhsilin konseptual problemləri. Magistrların ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII elmi konfransının materialları. Bakı-ADPU-2013. Səh.558-559.