Mayın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd iştirakçıları İİV/QİÇS xəstəliyi, onun yoluxma yolları, müayinə və müalicəsi barədə ətraflı məlumatlandırmaq olub. Filialın müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şəki regional laboratoriyasının həkim briqadası xəstəliklə bağlı ətraflı məlumat verib və İİV/QİÇS-in erkən aşkarlanması məqsədilə müayinələr götürüb. Təcrübəli həkimlər tərəfindən iştirakçılara İİV/QİÇS-ə aid məlumat vərəqləri, bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.