Mayın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının növbəti iclası olub. ADPU-nun Şəki filialının direktoru, Elmi Şuranın sədri, dosent Vurğun Məmmədov iştirakçıları salamlayaraq, iclasın gündəliyinə “2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, “IV və V tədris ili tələbələrinin buraxılışa hazırlığının monitorinqinin nəticələri haqqında”, “TEC-in filialda keçirilmiş XVII elmi konfransının və fənn olimpiadalarının yekunları haqqında” və cari məsələlərin daxil olduğunu bildirib.
Filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva gündəlikdə duran birinci və ikinci məsələ – “2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və “IV və V tədris ili tələbələrinin buraxılışa hazırlığının monitorinqinin nəticələri haqqında” məruzə ilə çıxış edib və onun hər iki hesabat məruzəsi Elmi Şura tərəfindən qəbul edilib.
“TEC-in filialda keçirilmiş XVII elmi konfransının və fənn olimpiadalarının yekunları haqqında” filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş XVll tələbə elmi konfransı uğurla baş çatıb, müxtəlif bölmələrdə ümumilikdə 80-dən çox tələbə öz tədqiqat işini təqdim edib. Ən yaxşı tədqiqat işləri l, ll, lll yerlərə layiq bilinməklə, tələbələr diplomlarla təltif edilib. Fənn olimpiadalarınin nəticələri haqqında məlumat verən natiq qeyd edib ki, filialın müxtəlif ixtisaslarında təhsil alan 93 tələbə olimpiadada iştirak edib. Tələbələrin cavablarına əsasən, ən yüksək nəticələr Azərbaycan dili, ingilis dili, fransız dili, informatika, həyat bilgisi fənləri üzrə iştirakçılar arasında olub. İştirakçılardan iki nəfər birinci iki nəfər ikinci, 3 nəfər üçuncü, dörd nəfər dördüncü, səkkiz nəfər isə həvəsləndirici yerə layiq görülüb.
Elmi Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunub.
Müzakirə olunan bütün məsələlər üzrə müvafiq qərar qəbul edilib.
Sonda direktor dosent Vurğun Məmmədov qarşıda duran məsələlərin uğurla həyata keçirilməsi məqsədilə öz tapşırıq və tövsiyələrini verib.